Нелегальные мигранты отправляются в Европу через Средиземное море.

Venesiyada miqrantların “ölüm gəmisi” nümayiş etdirilir

48
(Yenilənib 07:01 13.05.2019)
Bu gəmidəki 900-dək insan qəza nəticəsində həlak olub

BAKI, 13 may - Sputnik. Venesiya Biennalesinin incəsənət yarmarkasında Aralıq dənizində qəzaya uğrayan miqrant gəmisi nümayiş etdirilir.

Göyərtəsində təxminən min miqrantın olduğu mavi-qırmızı rəngli balıqçı gəmisi 2015-ci il aprelin 18-dən 19-na keçən gecə ona köməyə gələn Portuqaliyaya məxsus yük gəmisi ilə toqquşub. Həmin qəza nəticəsində 900-dək insan həlak olub.

Yük gəmisinin ekipajı miqrantlara kömək etməyə çalışsalar da, gəmi dərhal batıb və yalnız 28 nəfərin həyatını xilas etmək mümkün olub.

48