ABŞ Prezidenti Donald Tramp

İsraildən Donald Trampa maraqlı təşəkkür

58
(Yenilənib 22:27 12.05.2019)
Qolan təpələrində yeni qəsəbə salınacaq

BAKI, 12 may - Sputnik. ABŞ prezidenti Donald Trampın adına yeni qəsəbə salınacaq. Sputnik Azərbaycan xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu bu barədə məlumat verib.

"Bu həftə biz Qüdsdə ABŞ səfirliyinin açılmasının bir illiyini qeyd edirik. Biz prezident Trampın bu tarixi qərarını yüksək qiymətləndiririk. İsrailin Qolan təpələri üzərində suverenitetinin tanınması da yüksək qiymətləndirilməlidir. Mən prezident Trampın adına yaşayış mətəqəsinin salınacağını söz vermişəm. Bildirmək istəyirəm ki, artıq Qolan təpələrində müvafiq yer müəyyən olunub", - Netanyahu bildirib.

58