İngiltərəli futbolçu Devid Bekhem, arxiv şəkli

Ulduz futbolçunun vəsiqəsi əlindən alındı

58
(Yenilənib 11:42 08.05.2019)
Maraqlıdır ki, polislər Bekhemi cinayət başında yaxalamayıblar

BAKI, 9 may — Sputnik. "Mançester Yunayted" və İngiltərə yığmasının keçmiş yarımmüdafiəçisi Devid Bekhemin sürücülük vəsiqəsi əlindən alınıb. Sputnik Azərbaycan-ın məlumatına əsasən, Bentley markalı avtomaını sürərkən mobil telefonla danışırmış.

Mətbuatın yeni xəbər tutduğu hadisə əslində 2018-ci il noyabrın 21-də Londonda baş verib. Maraqlıdır ki, polislər Bekhemi cinayət başında yaxalamayıblar. Bu barədə polisə London sakini məlumat verib.

Bekhem polislərin qarşısında günahını etiraf edib. Onun sürücülük vəsiqəsi müvəqqəti olaraq əlindən alınıb və 750 funt məbləğində cərimə edilib.

58