Türkiyədə bələdiyyə seçkiləri

Türkiyədə AKP-li bələdiyyə üzvü qəribə açıqlama ilə çıxış edib

139
(Yenilənib 16:08 04.05.2019)
Türkiyənin Samsun Böyükşəhər Bələdiyyə Məclis sədrinin müavini Nihat Soğuk iştirak etdiyi bir canlı yayım proqramında qəribə fikirlər səsləndirib

BAKI, 9 may — Sputnik. Türkiyənin Samsun Böyükşəhər Bələdiyyə Məclis sədrinin müavini Nihat Soğuk iştirak etdiyi bir canlı yayım proqramında qəribə fikirlər səsləndirib.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Türkiyənin yaşadığı problemlərə toxunan Nihat Soğuk deyib: "Zəngin bir ərazidə yaşayırıq. Bu zəngin olan ərazinin sahibi olmaq istəyən çox güc var. Bu qüvvələrə inşallah bizlər də təşkilat olaraq dəstək verməliyik. Dolayısı ilə prezidentimizin işini asanlaşdırmaq lazımdır. Beləliklə, ölkənin də işini asanlaşdırmış olarıq".

Türkiyə keçirilən 31 mart bələdiyyə seçkilərində Samsun şəhərinin bələdiyyə sədri AK Partiyalı Mustafa Dəmir seçilib. Mustafa Dəmirin rəhbərliyi altında ilk toplantı 16 apreldə baş tutub və həmin toplantıda Nihat Soğuk 72 səslə Samsun Böyükşəhər Bələdiyyəsi Məclisinin sədr müavini seçilib.

139
Çap maşını, arxiv şəkli

Çin jurnalistlərini ölkədən çıxaran ABŞ-a "cavab zərbəsi" hazırlayır

4
(Yenilənib 17:02 04.08.2020)
"Global Times" qəzetinin baş redaktoru Xu Sitszin: "ABŞ tərəfinin jurnalistlərin vizasını uzatmadığını nəzərə alan Çin, ən pis ssenariyə hazırlaşır"

BAKI, 4 avqust — Sputnik. Çin Xalq Respublikası "ən pis ssenari"yə hazırlaşır. Çünki çinli jurnalistlərin hamısının ABŞ-ı tərk etməsi lazım gələcək. Bu barədə məlumatı "Global Times" qəzetinin baş redaktoru Xu Sitszin verib. Onun sözlərinə görə, bu halda Pekin cavab tədbirləri, o cümlədən Honkonqda yerləşən amerikalı jurnalistlərə qarşı tədbirlər görəcək.

"ABŞ tərəfinin Çin jurnalistlərinin vizasını uzatmadığını nəzərə alan ÇXR tərəfi ən pis ssenariyə hazırlaşır. Çünki Çin jurnalistlərinin hamısının ABŞ-ı tərk etməsi lazım gələcək. Bu halda Çin cavab zərbəsi endirəcək və Honkonqda yerləşən amerikalı jurnalistlərlə bağlı müvafiq tədbirlər görəcək", - deyə baş redaktor "Twitter"-də yazıb.

RİA Novosti xəbər verir ki, ABŞ-la Çin arasında ziddiyyətlər koronavirus epidemiyasının KİV-də işıqlandırılması ilə əlaqədar kəskinləşib.

ABŞ Çinin bir sıra dövlət KİV-dən Amerika ərazisində fəaliyyət göstərən jurnalistlərin sayını azaltmağı tələb edib ki, bu da 60 jurnalistin faktiki olaraq ölkədən çıxarılmasına səbəb olub.

Çin isə öz növbəsində "New York Times", "Wall Street Journal" və "Washington Post" qəzetlərinin ÇXR ərazisində fəaliyyət göstərən amerikalı müxbirlərinə qarşı jurnalist vəsiqələrini təhvil vermək tələbini irəli sürüb. Həmçinin ABŞ-dan olan jurnalistlərin ölkəni tərk etməsi tələb olunub.

4
 Koronavirus qarşı peyvənd, arxiv şəkli

COVID-19 vaksininin uşaqlar üzərində sınaqlarının tarixi məlum olub

101
(Yenilənib 16:00 04.08.2020)
Sınaqlar qışda başlayacaq çünki böyüklər üzərində koronavirus peyvəndi testlərinin üçüncü mərhələsi təxminən beş ay davam edəcək. Sınaqlarda təxminən iki min insan iştirak edəcək.

BAKI, 4 avqust — Sputnik. Rusiyanın Qamaleya adına Milli Tədqiqat Mərkəzi COVID-19 peyvəndinin uşaqlar üzərində tədqiqinə gələn ilin yanvar-fevral aylarında başlamağı planlaşdırır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə mərkəzin direktoru Aleksandr Gintsburq bildirib.

"Biz bu sənəd paketini işləyib hazırlamağa başlamışıq, çünki institut heç vaxt uşaqlar üzərində sınaq aparmayıb. Pediatrlar bu xüsusiyyətləri bilirlər və biz onlarla birlikdə Səhiyyə Nazirliyinə təqdim edəcəyimiz sənədlər paketini yazırıq ki, uşaqlar üzərində bunu həyata keçirə bilək – amma yalnız böyüklər üzərində bütün tədqiqatları bitirdikdən sonra", - Ginsburq bildirib.

Onun sözlərinə görə, sınaqlar qışda başlayacaq, çünki böyüklər üzərində koronavirus peyvəndi testlərinin üçüncü mərhələsi təxminən beş ay davam edəcək. Sınaqlarda təxminən iki min insan iştirak edəcək.

Koronavirusa qarşı Rusiya peyvəndinin sınaqları

Bundan əvvəl Rusiya Səhiyyə naziri Mixail Muraşko Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış peyvəndin klinik sınaqlarının başa çatdığını elan edib.

O, hökumətin oktyabrda kütləvi peyvəndləmə aparmaq niyyətində olduğunu vurğulayıb. Peyvəndlər ilk növbədə "xüsusi qruplar"nın nümayəndələrinə – tibb işçilərinə və müəllimlərə veriləcək.

Mütəxəssislər preparatı Müdafiə Nazirliyi ilə birgə işləyib hazırlayıblar. İyulun sonunda hərbi hospitaldan sınaqlarda iştirak etmiş 20 könüllünün ikinci qrupu buraxılıb. Onların hər birində immun reaksiya yaranıb, heç bir yan təsir və ya ağırlaşma aşkar edilməyib.

"Vektor" mərkəzi də öz vaksininin klinik sınaqlarını həyata keçirməyə başlayıb. Bu vaksinin istehsalı noyabrda başlaya bilər.

101
Termometr, arxiv şəkli

Pnevmoniya, qrip, zökəm infeksiyalardan qorunmaq üçün ...

0
Mütəxəssislər vitaminləri və digər dərman vasitələrini qəbul edərkən həkimlə məsləhətləşməyi tövsiyə edirlər.

BAKI, 4 avqust — Sputnik. Ekspertlərin fikrincə, D vitamini sağlamlıq üçün çox əhəmiyyətlidir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, D vitamini orqanizmin müdafiə sistemi ilə əlaqəlidir.

Həkimlərin fikrincə, D vitamini çatışmazlığı çox zaman qəbul edilməyən və ya stressin, yorğunluğun əlaməti kimi qəbul edilən əlamətlərlə özünü göstərir.

D vitamini çatışmazlığının əsas əlamətlərindən biri sümüklərin ağrıması, oynaqlarda iltihabi proseslərin yaranmasıdır.

Eyni zamanda D vitamni çatışmazlığı zamanı qrip, pnevmoniya, zökəm və digər infeksiyalara yoluxma riski artmış olur.

D vitamni çatışmazlığının digər əlamətləri daimi yorğunluq hissi, depressiv əhval, yaraların gec sağalması, əzələlərdə ağrı, saçın tökülməsi və s. var.

Mütəxəssislərin fikrincə, tələb edilən qədər vitamin almaq çox asandır.

Məsələn, qida rasionuna dəniz məhsulları, göbələk, yumurta və pendir daxil etməklə D vitamini qəbul etmək mümkündür.

Eyni zamanda açıq havada idmanla məşğul olmaq da faydalıdır.

Mütəxəssislər vitaminləri və digər dərman vasitələrini qəbul edərkən həkimlə məsləhətləşməyi tövsiyə edirlər.

0