Mübadilə məntəqəsində türk lirəsi

Türkiyədə seçki qərarı lirəni ucuzlaşdıracaq

56
(Yenilənib 17:53 07.05.2019)
Türkiyə pulu “1 dollar 7 lirə” məzənnəsinədək ucuzlaşa bilər

BAKI, 8 may — Sputnik. "Türkiyə Ali Seçki Komissiyasının (YSK) İstanbuldakı seçki nəticələrini ləğv etməsi qardaş ölkənin iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Türkiyə lirəsinin dollara nisbətən məzənnəsində azalmaların davam edəcəyi proqnozlaşdırılır".

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda iqtisadçı-alim Vüqar Bayramov "Facebook" statusunda yazıb.

O bildirib ki, seçki tərəfləri arasındakı münasibətlər gərginləşərsə, bu halda yaxın zamanlarda Türkiyə valyutası “1 dollar 7 lirə” məzənnəsinədək ucuzlaşa bilər: "Gözlənilir ki, son qərardan sonra qardaş ölkədə dollara tələb kəskin artacaq. Yalnız investorlar deyil, eyni zamanda əhalinin də xarici valyuta alışının çoxalacağı gözlənilir. Son qərar valyuta bazarına, həmçinin psixoloji təsir göstərir ki, bu da lirəni ucuzlaşdırır".

56
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

77
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

77
Beyrutdakı partlayışda

Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı

27
(Yenilənib 23:19 05.08.2020)
Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.

BAKI, 5 avqust — Sputnik. Baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 1 000 000 (bir milyon) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

27