İmamoğlu vahid namizədə çevrilir – Rəqibləri geri çəkilirlər

© AFP 2023 / YASIN AKGULГлавный оппозиционный кандидат в мэры Республиканской народной партии (НРП) Экрем Имамоглу машет толпе во время митинга после местных выборов в Стамбуле
Главный оппозиционный кандидат в мэры Республиканской народной партии (НРП) Экрем Имамоглу машет толпе во время митинга после местных выборов в Стамбуле - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan: “Aradakı fərq yarıbayarı olsaydı, məsələ bu yerə qədər gəlməzdi”

BAKI, 7 may — Sputnik. Türkiyə Yüksək Seçim Kurulunun İstanbulda yenidən bələdiyyə seçkilərinin keçirilməsi qərarından sonra ilkin seçkilərdən iştirak edən namizədlər də öz mövqeyini açıqlamağa başlayıb. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, artıq 3 namizəd Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunun lehinə geri götürüb.

İstanbul bələdiyyəsinə seçkilər çadırı - Sputnik Azərbaycan
İstanbulun üç rayonunda seçki saxtakarlığı iddiası ilə 32 ayrı istintaq başlayıb

Belə ki, seçkilərdə 10 min 492 vətəndaşın səsin toplayan Türkiyə Kommunist Partiyasının namizədi Zəhra Güner Karaoğlu, 2 min 437 səs alan Özge Akman, min 520 səs toplayan Aysel Tekerek namizədliklərini Əkrəm İmamoğlunun lehinə geri götürüblər.

"Səadət" və "Demokratik Sol Partiyası" namizədləri Necdet Gökçınar və Müəmmər Aydın isə namizəd olub olmayacaqlarına partiyalarının qərar verəcəyini bildirib. Amma onlar da İmamoğlunun namizədliyinin dəstəklənəcəyinə işarə vurublar. Partiyalar arasında danışıqlar ən yaxın vaxtda başlayacaq. Qeyd edək ki, adları çəkilən namizədlər müvafiq olaraq 100 min və 30 mindən çox səs yığıblar. 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında YSK-nın İstanbulda yenidən seçki keçirilməsi qərarını şərh edib. O bildirib ki, aradakı fərq yarıbayarı olsaydı, məsələ bu yerə qədər gəlməzdi.

"İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə iyunun 23-də təkrar seçkilərin keçirilməsi barədə qərar qəbul edilib. Bu müddətdə fəaliyyət göstərərək seçkini qazanmağa çalışacağıq. Ədalət və İnkişaf Partiyasının İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi Binəli Yıldırımdır" - deyə Prezident vurğulayıb.

Xatırladaq ki, YSK-nın dünən keçirilən iclasında təkrar seçkilərin keçirilməsinə qərar verilib. Qərarın lehinə komissiyanın 11 üzvündən 7-si səs verib. Digər 4 nümayəndə isə buna qarşı çıxıb.

Təkrar seçkilər iyun ayının 23-də keçiriləcək. YSK-nın açıqlamasına görə, hazırda İstanbul Bələdiyyəsinin sədri olan CHP-nin namizədi Əkrəm İmamoğluna verilmiş mandat geri alınacaq.

Cari il martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda mübarizədə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırıma qalib gəlib.

Xəbər lenti
0