Əkrəm İmamoğlu İstanbul bələdiyyəsinə seçkilərdən sonra mitinqdə çıxış edir

Əkrəm İmamoğlu YSK-nın taleyüklü İstanbul qərarına münasibətini bildirdi

275
YSK İstanbulda seçkilərin yenidən keçirilməsi barədə qərar verib

BAKI, 6 may - Sputnik. Türkiyənin Ali Seçki Qurumu (YSK) hakim Ədalət və İnkişaf Partiyasının (AKP) martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi ilə bağlı müraciətinə baxıb.

YSK-nın bu gün keçirilən iclasında seçkilərin təkrar keçirilməsinə qərar verilib. Qərarın lehinə komissiyanın 11 üzvündən 7-si səs verib. Digər 4 nümayəndə isə buna qarşı çıxıb.

Təkrar seçkilər iyun ayının 23-də keçiriləcək. YSK-nın açıqlamasına görə, hazırda İstanbul bələdiyyəsinin sədri olan CHP-nin namizədi Əkram İmamoğluna verilmiş mandat geri alınacaq. 

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda mübarizədə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırıma qalib gəlib. 

Qərarın ardından çıxış edən Əkrəm İmamoğlu tərəfdarlarına müraciət edərək ümidlərini itirməməyə çağırıb: "Hər şey çox gözəl olacaq".

275