Ukrayna paytaxtında partlayış baş verib

© SputnikПолиция Украины, фото из архива
Полиция Украины, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Partlayışı kimin törətməsinə dair iki versiya var

BAKI, 6 may — Sputnik. Ukraynanın paytaxtı Kiyevdə partlayış baş verib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Partlayış şəhərin məşhur "Arena Siti" biznes mərkəzinin yaxınlığında olub. Hadisə şahidlərinin sözlərinə görə, iki şəxs naməlum predmeti biznes mərkəzinin yaxınlığına atıb və həmin predmet yerə dəyən kimi partlayıb.

İkinci versiyaya əsasən isə qırmızı gödəkcəli qadın naməlum predmeti yerə qoyub, onun üzərinə maddə töküb və bir müddət sonra partlayış baş verib.

Hadisə yerində polislər işləyir.

Xəbər lenti
0