Şeremetyevo hava limanında qəza

Moskvada təyyarə qəzasında ölənlər arasında azərbaycanlılar yoxdur

54
(Yenilənib 11:13 06.05.2019)
Moskvanın "Şeremetyevo" hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib

BAKI, 6 may — Sputnik. Rusiyada baş vermiş təyyarə qəzasında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Qeyd edək ki, ötən gün Moskvanın "Şeremetyevo" hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib. Hadisə nəticəsində 41 nəfər həlak olub.

54