Fətullah Gülən Pensilvaniyadakı mənzilində. ABŞ, 29 iyul 2016

İstanbul seçkilərində "FETÖ izi" axtarılır, 43 nəfər deşifrə edilib

74
(Yenilənib 17:30 05.05.2019)
Onlardan 2-sinin "ByLock" istifadəçisi olduğu, 41 nəfərinin isə Fətullah Gülənin təlimatı ilə "Bank Asiya"ya pul köçürdüyü bildirilir

BAKI, 5 may — Sputnik. İstanbul Bələdiyyəsinə keçirilən seçkilərdən sonra seçki məntəqələrinin sədrləri və üzvlərinin barəsində başlayan araşdırmalar nəticəsində 43 nəfər şübhəli şəxsin FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə əlaqələri ortaya çıxıb. Sputnik Azərbaycan bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Həmin 43 nəfərdən 2-sinin "ByLock" istifadəçisi olduğu, 41 nəfərinin isə Fətullah Gülənin təlimatı ilə "Bank Asiya"ya pul köçürdüyü bildirilir. Hazırda araşdırma davam edir.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası (AK) 44,33 faiz səs toplayaraq qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyası 30,12 faiz səslə ikinci yerdə qərarlaşıb. Sonrakı yerləri 7,45 faiz səslə İYİ Partiya, 7,12 faiz səslə Milliyyetçi Hərəkat Partiyası tutub. HDP 4,24 faizlə beşinci olub. 

Ümumi nəticədə qalib olsa da, AKP İstanbul, Ankara və İzmirdə məğlubiyyətə uğrayıb. Əsas mübarizənin getdiyi İstanbul Böyük Şəhər Bələdiyyəsi vəzifəsinə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu seçilib.

Ədalət və İnkişaf Partiyası İstanbuldakı nəticələrə etiraz edib. Nəticədə 318 min 222 etibrasız bülletenin yenidən sayılmasına qərar verilib. Etibarsız səslərin və İstanbulun bəzi rayonlarında bülletenlərin təkrar sayılmasından sonra Ə.İmamoğlu 13 min 729 səs fərqi ilə qalib gəlib.

Son rəqəmlərə əsasən, B.Yıldırım 4 milyon 156 min 36 səs, Ə.İmamoğlu isə 4 milyon 169 min 765 səs toplayıb.

Xatırladaq ki, bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının formalaşdırdığı "Cumhur İttifaqı" 51,64 faiz, Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyanın yaratdığı "Millət İttifaqı" isə 37,57 faiz səs toplayıb.

74
Teqlər:
FETÖ, seçki, bələdiyyə, İstanbul
Əlaqədar
Hazırda 30 min 559 nəfər FETÖ-cü həbsxanadadır – Ərdoğan detalları açıqladı
FETÖ əməliyyatı səngimir – 1412 hərbçi ordudan kənarlaşdırıldı
FETÖ ittihamı ilə bağlı yeni həbslər var