Salome Zurabişvilinin Facebook sosial şəbəkəsində şəxsi hesabı

Gürcüstan prezidentinin "tvit"i qalmaqal yaratdı

104
(Yenilənib 18:52 30.04.2019)
Donald Tramp Salome Zurabişvilinin "Twitter" hesabına necə yol tapıb: mətbuat xidməti kiberhücumdan şübhələnir

BAKI, 30 aprel — Sputnik. Gürcüstan prezidentinin mətbuat xidməti dövlət başçısının "Twitter" sosial şəbəkəsindəki şəxsi hesabına mümkün kiberhücumları istisna etmir. Bunu Sputnik Gürcüstan-a prezidentin mətbuat katibi Xatiya Moistsrapişvili deyib.

ABŞ prezidenti Donald Trampın yazdığı tvit təsadüfən Salome Zurabişvilinin səhifəsində peyda olub və bir saat orada qalandan sonra silinib. Lakin bu vaxt bir sıra gürcü KİV-lərinə bundan beynəlxalq qalmaqal yaratmaq üçün kifayət edib.

Özünə hər zaman arxayın olan və qalmaqallardan qorxmayan Tramp 2020-ci il prezident seçkilərində rəqibi olacaq Co Baydenin Pensilvaniya ştatındakı ilk çıxışına özünəməxsus şəkildə münasibət bildirib. Tramp "Twitter"dəki bir neçə postunda öz rəqibini "Yuxulu Co" adlandırıb.

"Yuxulu Co özünün ilk görüşünü böyük Pensilvaniya ştatında keçirib. Əlbəttə, o bilmir ki, hazırda Pensilvaniya ən aşağı işsizlik göstəricilərinə, mis sənayesinin inkişafına və böyük gələcəyinə görə öz tarixinin ən uğurlu şəhərlərindən biridir", - deyə ABŞ prezidenti Zurabişvilinin səhifəsində yayılan və bir saat sonra pozulan postunda yazıb.

Gürcüstan prezidentinin administrasiyası bəyan edib ki, Zurabişvili Trampın postunu paylaşmayıb.

"Texniki səhv olub. Bizdə olan ilkin məlumata görə, həmin postu sosial şəbəkələrin idarə edilməsi üzrə menecer yayıb. Lakin belə bir versiya da var ki, ola bilsin, bu, kiberhücumun nəticəsidir. Bununla əlaqədar olaraq, biz istintaq orqanlarına müraciət etməyə hazırlaşırıq" - deyə Moistsrapişvili bildirib.

2009-2017-ci illərdə prezident Barak Obamadan sonra ikinci dövlət postunu - vitse-prezidentliyi tutan Bayden demokrat partiyasının 2020-ci ildə seçkilərdə iştirak edəcək ən populyar namizədlərindən biri sayılır.

104
 Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko Belarusun dağılması təhlükəsindən danışdı

18
(Yenilənib 00:23 11.07.2020)
Prezident eyni zamanda vurğulayıb ki, Belarusda dəyişikliklər "Maydandan deyil, Konstitusiyadan" gəlməlidir

BAKI, 10 iyul — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin dağılması təhlükəsi olduğunu bəyan edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Lukaşenko yerli KİV-lərlə görüşündə ölkənin suverenliyinin qorunmasının əsas məqsəd olduğunu bildirib.

"Yalnız mənim deyil, bizim öz əllərimizlə qurduğumuz hər şeyin sabah dağılmasını və kiminsə gəlib, eksperimentlər həyata keçirməsini istəmirəm", - deyə Lukaşenko vurğulayıb.

Prezident eyni zamanda vurğulayıb ki, Belarusda dəyişikliklər "Maydandan deyil, Konstitusiyadan" gəlməlidir.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkisi keçiriləcək. Seçki kampaniyası zamanı müxalifətin bəzi liderləri və namizəd Viktor Babariko tutulub. Belarus DİN vurğulayır ki, onlar siyasi fəaliyyətinə görə deyil, kütləvi tədbirlər zamanı asayişin pozulmasına görə saxlanılıblar.

18
Əlaqədar
Lukaşenko anons etdi – İqtisadi, ekoloji problemlər kəskinləşəcək
Lukaşenko qələbə paradında - Moskvanı vətəninin paytaxtı adlandırdı
Lukaşenko bəyan etdi: "Koronavirus üzərində qələbə çaldıq"
Kreml: Belarusdakı seçkilərə müdaxilə etməyə hazırlaşmırıq
Lukaşenko xəbərdarlıq edib: Belarus ərazisinin bir hissəsini itirə bilər
İranda epdimioloji vəziyyət

İran bərbad durumda: ölənlər azalsa da, yoluxanların sayı artıb

8
(Yenilənib 22:34 10.07.2020)
Dünən İranda bir sutka ərzində 2079 nəfərdə virus aşkarlanmış, 221 nəfər COVID-19-dan dünyasını dəyişmişdi. Bu gün isə daha 142 nəfər ölüb. Amma yoluxma sayında artım var

BAKI, 10 iyul — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2262 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib.

"Son 24 saat ərzində koronavirusa 2262 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 252720-yə çatıb. Bir gün ərzində 142 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 12447-yə çatıb", - deyə məlumatda bildirilib.

O, həmçinin qeyd edib ki, virusa yoluxan 252720 şəxsdən 215500 nəfəri sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 12 milyonu keçib, 554 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

8
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Avstraliya və Honkonqda koronavirus məhdudiyyətləri bərpa olunur
Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxub
Həyatınızla eksperiment aparmayın - Koronavirusu müalicə "edən" dərman təhlükəli çıxdı
Koronavirusa qarşı yeni dərmanlar tapıldı
ÜST: Rusiyada koronavirus məhdudiyyətləri qayıda bilər