BAKI, 30 aprel — Sputnik. Ermənistanın "Daşnaksutyun" partiyası Ermənistan hökumətinə etimadsız votumu prosesinə başlamaq niyyətindədir. Sputnik Ermənistan xəbər verir ki, bu barədə "Qraparak" nəşri öz mənbələrinə istinadən xəbər verir.
Nəşrin yazdığına görə, partiya hesab edir ki, bu ilin may-iyun aylarında dövlət idarələrinin optimallaşdırılması, "Qazprom Ermənistan", "Ermənistan Elektrik Şəbəkələri" şirkətləri və "Araratsement" zavodunda mümkün ixtisarlar nəticəsində ictimai narazılıq öz pik həddinə çatacaq.
Parlamentdə təmsil olunmayan "Daşnaksutyun" guya hazırda "Çiçəklənən Ermənistan" və "Maariflənmiş Ermənistan"la bu iki fraksiyanın eyni vaxtda mandatdan imtina etməsi ilə böhranın yaradılması variantını müzakirə edir. Nəşrin mənbəsi bildirib ki, bu ssenarini reallaşdırmaq olduqca çətindir, lakin hazırda müzakirə gedir.
BAKI, 17 yanvar — Sputnik. Qədim Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Qranada və Xaena universitetlərinin alimləri qadın mumiyası üzərində apardıqları araşdırma zamanı məlum olub ki, qadın ginekoloji əməliyyat keçirib.
Mumiyanın bizim eradan əvvəl 1878-1797-ci illərə aid olduğu bildirilir. Həmin şəxs sağlığında çanaq sümüyündən ciddi zədə alıb və güclü xəstəlikdən əziyyət çəkib. Yerli təbiblər onu sağaltmağa çalışıblar. Onlar qadın üzərində "fumiqasiya" əməliyyatı aparıblar. Belə ki, yaraya toksiki maddələr verərək, mikrobları öldürməyə çalışıblar.
Qeyd edək ki, bu üsul indi ancaq bitkilər üçün həyata keçirilir.
Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.
Çünki həmin dövrdə Sattjeni əhali arasında populyar ad olub. Mumiya qaya məzarlığında aşkarlanıb. Orada 11 yaxşı vəziyyətdə qalmış mumiya olub.
BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.
“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.
Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.
Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.