Donald Tramp

Dünyada ABŞ hegemoniyası başa çata bilər

346
(Yenilənib 19:03 27.04.2019)
Harvard Universitetinin professoru: "Ölkə hazırda yalnız Çinlə deyil, öz ticarət tərəfdaşları ilə də ticarət müharibəsi aparır"

BAKI, 27 aprel — Sputnik. Harvard Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Stiven Uolt bəyan edib ki, Birləşmiş Ştatlar dünya arenasında öz mövqeyini itirir. Bu barədə Sputnik Azərbaycan "Foreign Policy"ə istinadən xəbər verir.

Donald Tramp
© REUTERS / BRYAN WOOLSTON

Onun sözlərinə görə, prezident Donald Tramp Administrasiyasına milli təhlükəsizlik üzrə müşavir Con Boltonun və dövlət katibi Mayk Pompeonun gəlişi ilə ölkə dünyada bir çox məsələləri təkbaşına həll edə biləcəyinə dair mövqe sərgiləməyə başladı.

"Bundan əlavə, ölkə hazırda yalnız Çinlə deyil, öz ticarət tərəfdaşları ilə də ticarət müharibəsi aparır. İran və Şimali Koreya ilə məsələlərin diplomatik yolla həlli zamanı qeyri-real tələblər irəli sürülür. Bu tələblər yerinə yetirilmədiyində isə, sanksiyalar tətbiq olunur" - professor vurğulayıb.

O bildirib ki, ölkədəki hazırkı vəziyyət Trampa bu mövqedən çıxış etməyə imkan verir: "Lakin Tramp hakimiyyətdə olduğu bir dövrdə xarici siyasətdə heç bir ciddi uğur əldə olunmayıb. Bundan əlavə, Çin və Rusiya ABŞ-a qarşı mübarizədə əməkdaşlıq etməyə başlayıb".

Uolt əlavə edib ki, hazırda ABŞ olduqca güclü və imtiyazlı vəziyyətdədir: "Amma hər şeyin bir həddi var. Keçmişdə ölkənin siyasəti tamamilə fiaskoya uğramışdı".

346
Teqlər:
Rusiya, Çin, professor, Donald Tramp, ABŞ
Əlaqədar
ABŞ-ın sanksiyaları əhəmiyyətini itirə bilər - ekspert İrana qarşı sanksiyalardan danışdı
ABŞ-ın məğlubiyyətləri psixoloji qorxu baryerini dağıdıb - politoloq şərhi
ABŞ-dan dünya təhlükəsizliyinə daha bir zərbə