Zelenski prezident seçildi və Türkiyəyə getdi

© Sputnik / Stringer / Mediabanka keçidКандидат в президенты Украины, актер Владимир Зеленский в своем избирательном штабе в Киеве
Кандидат в президенты Украины, актер Владимир Зеленский в своем избирательном штабе в Киеве - Sputnik Azərbaycan
Abunə olmaq
Ukraynanın yeni seçilmiş prezidenti uşaqlarını festivala aparıb

BAKI, 26 aprel — Sputnik. Ukraynada prezidenti seçkilərində qalib gələn Vladimir Zelenski iki günlük Türkiyəyə gedib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Zelenski öz "Facebook" səhifəsində yazıb.

"Sizinlə açıq olmağa razılaşmışdım. Bax belə. Türkiyəyə uçuruq. Uşaqları hər il keçirilən ikigünlük "Şən" festivalın aparıram. Özüm isə iki gün sonra geri qayıdacağam. Son dörd ay ərzində ilk istirahətdir. Hamıya sağlamlıq və normal istirahət arzulayıram" - deyə Zelenski bildirib.

Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Yekun nəticələrə əsasən, Vladimir Zelenski səslərin 73,22 faizini toplayaraq qələbəsini təmin edib. Hazırkı dövlət başçısı Pyotr Poroşenko isə 24,24 faiz səs toplayıb.

Bülletenlərin 2,31 faizi etibarsız hesab olunub.

Xəbər lenti
0