"Poroşenko həbs edilməlidir"

© REUTERS / VASILY FEDOSENKOPyotr Porşenko
Pyotr Porşenko - Sputnik Azərbaycan
Abunə olmaq
Saakaşvili: "Əgər o, azadlıqda qalarsa, müntəzəm olaraq Zelenskini "tərpətməyə" çalışacaq"

BAKI, 25 aprel — Sputnik. Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenkonun həbs edilməli olduğunu deyib. Sputnik Azərbaycan xəbər verir ki, Saakaşvili bu barədə "strana.ua" nəşrinə müsahibəsində açıqlama verib.

"O, (Poroşenko – red.) Zelenskini müntəzəm olaraq "tərpətməyə" çalışacaq. Əgər Poroşenkoya qarşı cinayət işləri açılmasa, onda bunu alicənablıq kimi qəbul etməyəcək" - keçmiş prezident bildirib.

"Öz təcrübəmdən bilirəm. Poroşenko istənilən alicənablığı zəiflik olaraq qəbul edir. Onda quldurbaşı psixologiyası var. İmkan olan kimi kürəyə bıçaq vurur" - deyə Saakaşvili vurğulayıb.

Xəbər lenti
0