Rəcəb Tayyib Ərdoğan Donald Trampla görüşəcək

© © Ludovic Marin/Pool via REUTERSTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla - Sputnik Azərbaycan
Abunə olmaq
O bildirib ki, görüş Trampın təşəbbüsü ilə baş tutacaq

BAKI, 24 aprel — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın zamanda ABŞ Prezidenti Donald Trampla görüşəcəyini bəyan edib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ankarada jurnalistlərə açıqlamasında Ərdoğan məlumat verib. O bildirib ki, görüş Trampın təşəbbüsü ilə baş tutacaq.

Zaur Məmmədov - Sputnik Azərbaycan
Politoloq Tramp-Ərdoğan razılaşmasının səbəblərini açıqlayıb

Qeyd edək ki, son vaxtlar "S-400" zenit-raket komplekslərinin alınması ilə bağlı Türkiyə-ABŞ münasibətlərində gərginlik yaşanır. Martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" alacağı təqdirdə Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino da Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.

"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - deyə amerikalı sözçü vurğulayıb. 

Xəbər lenti
0