SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Zelenskini prezident edən səbəb onun sonunu yaxınlaşdıra bilər

© REUTERS / KONSTANTIN CHERNICHKINUkraynada prezident seçkiləri
Ukraynada prezident seçkiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Zelenskinin ən zəif tərəflərindən biri də onun parlamentdə fraksiyasının olmamasıdır

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 aprel - Sputnik. Ukraynada keçirilən prezident seçkilərinin ikinci turu artıq başa çatıb. Sputnik Azərbaycan Ukrayna Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, artıq Ukraynada bülletenlərin 97,04 faizi sayılıb.

Nəticələrə əsasən, Vladimir Zelenski 73,15 faiz səs toplayıb. Zelenskiyə 13 milyondan çox ukraynalı səs verib. Onun rəqibi Petro Poroşenko isə 4,4 milyon ukraynalının və ya seçicilərinin 24,52%-inin səsini toplayıb. Ötən gün Azərbaycanda olan Ukrayna vətəndaşları da bu ölkənin Azərbaycandakı səfirliyinə gələrək öz səsvermə hüququndan istifadə ediblər.

Ukraynanın Azərbaycandakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumilikdə səfirlikdə 233 Ukrayna vətəndaşı seçkilərə qatılıb. Onların 51,5 faizi Zelenskinin lehinə, 48,5% seçici isə Pyotr Poroşenkonun lehinə səs veriblər.

Vladimir Zelenski - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycanda olan ukraynalılar da Zelenskini seçdi – Səfirlik detalları açıqladı

Artıq Pyotr Poroşenko da qələbə münasibəti ilə öz rəqibini təbrik edib və ona uğurlar arzulayıb.

Sputnik Azərbaycan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun Ukraynada prezident seçkilərinin nəticələri, həmçinin bundan sonra Ukraynanı nələrin gözləməsi, xüsusilə Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin Azərbaycanla münasibətləri necə quracağı ilə bağlı ehtimallarını öyrənib.

Elxan Şahinoğlu qeyd edib ki, Ukraynada prezident seçkilərinin nəticələri gözlənilən kimi olub: "Bütün rəy sorğuları seçkinin birinci və ikinci turundan əvvəl Zelenskinin xeyrinə idi. Zelenski böyük səs çoxluğu ilə qalib gəldi. Prezident seçkilərinin birinci turundan sonra çoxları düşünürdü ki, Pyotr Poroşenko mahir bir siyasətçi kimi keçiriləcək debatlarda fərqi azalda biləcək. Lakin bu, baş vermədi, əksinə, debatlarda Zelenski öz opponentinə çox kəskin suallar verdi".

Politoloq Pyotr Poroşenkonun məğlubiyyətinin səbəblərini də izah edib: "Poroşenko prezident seçiləndə Ukrayna dağılmış vəziyyətdə idi. Krım artıq ilhaq olunmuş, Donbasda separatizm başlamışdı. Bundan başqa ordu və təhlükəsizlik sistemi dağılmışdı. Poroşenkonun prezident vəzifəsində ilk işi ordunu və təhlükəsizlik sistemini qurmaq oldu. Poroşenko buna böyük əziyyətlə nail oldu".

Кандидат в президенты Украины Владимир Зеленский обнимает свою жену Елену после объявления данных exit poll, Украина, 21 апреля 2019 года - Sputnik Azərbaycan
Ukrayna prezidentini seçdi: Zelenski rəqibini darmadağın etdi

Ekspertin sözlərinə görə, Pyotr Poroşenko iqtisadiyyatdakı və sosial sahədəki ağır problemləri həll edə bilməyib: "Ukraynanın borcları artdı, dağılmış sənayeni bərpa etmək mümkün olmadı. Pyotr Poroşenkonun dövründə Ukraynanı tərk edənlərin də sayı artdı. Poroşenko insanların çox arzuladığı oliqarxik sistemə son qoya bilmədi. Bəlkə də bu, onun imkanı xaricində idi. Çünki birincisi, özü də oliqarxdır və əlindəki maliyyə imkanlarından imtina edə bilməzdi. İkincisi, Ukraynada oliqarxik sistem müstəqillik illərindən qurulub və bunu neytrallaşdırmaq ən güclü prezidentin belə, imkanı xaricindədir. Oliqarxlar öz adamları vasitəsilə ölkədə mümkün olan hər şeyə nəzarət edirlər. Bütün bunlar Poroşenkonun reytinqinə mənfi təsir etdi".

Elxan Şahinoğlu qeyd edir ki, Zelenski artist və yumoristik proqramın aparıcısı kimi məşhurluq qazanıb: "Zelenskinin yeganə üstünlüyü onda idi ki, nə qədər əcaib səslənsə də, siyasətçi deyil. Ukraynalıların böyük əksəriyyəti mövcud idarəetmədən və siyasətçilərdən beziblər, çünki verilən vədlər yerinə yetirilməyib. Ona görə də vətəndaşlar yeni simaya üstünlük verməyə qərar verdilər".

Prezident seçkilərindən sonra nələrin baş verəcəyindən danışan ekspert qeyd edib ki, Vladimir Zelenski oliqarxik sistemi dəyişə bilməyəcək: "Bu, onun əlində deyil. Əksinə, Zelenskinin özünün oliqarx İqor Kolomoyski ilə yağınlığı var. Kolomoyski, böyük ehtimalla, İsraildən Ukraynaya geri qayıdacaq.

Vladimir Zelenskinin dağılmış iqtisadiyyatı düzəltmək üçün milyardlarla dollar investisiyalara ehtiyacı var. Çətin ki, Qərb dövlətləri və beynəlxalq maliyyə instituları həmin milyardları yeni prezidentə versinlər. Poroşenko qərbpərəst siyasətinə rəğmən, istədiyi investisiyaları ala bilmədi. Zelenski isə Qərb üçün qara qutudur. Digər tərəfdən, Zelenskinin iqtisadi proqramı haqqında da məlumat yoxdur.

Ukraynanın Mərkəzi Seçki Komissiyasının binası qarşısında səsvermənin nəticələrini əks etdirən monitor - Sputnik Azərbaycan
Zelenski vs Poroşenko: Ukraynada Gürcüstan ssenarisi təkrarlana bilər

Vladimir Zelenskinin Krım və Donbass siyasəti bəlli deyil. Əlbəttə, Zelenski Krımın ilhaqını və Donbassın işğalını qəbul etmir. Ancaq Zelenski Poroşenkonun Rusiya ilə bağlı sərt siyasətini davam etdirməyə də bilər. Vladimir Zelenski Avropa İttifaqına üzvlüyü qarşısına hədəf kimi qoysa da, NATO ilə bağlı fərqli siyasət yürüdə bilər: "Poroşenkonun NATO-ya üzvlük hədəfi birmənalı idi. Zelenski NATO-ya üzvlük hədəfindən yayına bilər ki, bu da Kremlin xeyrinə olacaq".

Azərbaycanlı politoloq vurğulayıb ki, Vladimir Zelenskinin ən zəif tərəflərindən biri də onun parlamentdə fraksiyasının olmamasıdır: "Ali Radanın böyük səlahiyyətləri var. Ukraynada oktyabr ayında parlament seçkisi keçiriləcək. Zelenski oktyabra qədər hazırkı yüksək reytinqini qoruya bilsə, rəhbəri olduğu "Xalqın xidmətçisi" hərəkatını parlamentə keçirə bilsə, onda müəyyən hadisələrə təsir edə biləcək. Ancaq ona qədər Ukraynada proseslər tərsinə də gedə bilər. Çünki onun istədiyi qanunlar parlamentdən keçməlidir. Zelenskinin siyasətçi olmamaq üstünlüyü onun əleyhinə çevrilə bilər. Zelenskinin siyasətdə təcrübəsinin olmaması və komandasındakı fiqurların yanlış qərarları ona baha başa gələ bilər. Onu da unutmayaq ki, Ukraynadakı parlament seçkisinə Rusiya da ciddi hazırlaşır, Ukraynadakı tərəfdarlarının və siyasi qruplarının təmsilçilik hüququnu artırmağı qarşısına məqsəd qoyub".

Ukrayna prezidenti Pyotr Poroşenko - Sputnik Azərbaycan
Poroşenko Rusiyanı Ukrayna üçün "əsas təhdid" adlandırdı

Pyotr Poroşenkonun rəhbərlik etdiyi blokun parlament seçkilərində iştirakı və Poroşenkonun Zelenski tərəfindən vəzifəyə təyin olunacağına dair iddialara münasibət bildirən politoloq vurğulayıb ki, bu heç bir halda mümkün deyil. Çünki xalq Poroşenkonun prezidentliyi dövründə gördüyü işlərdən narazıdır: "Poroşenkonun bu ilin oktyabrında Ukraynada keçiriləcək parlament seçkilərində səs qazanması da mümkün deyil. Onun "Blok Poroşenko" hərəkatı böyük nüfuza sahib ola bilməyəcək. Hətta bu hərəkat dağıla da bilər. Ukraynanın yaxın tarixində belə hadisələr çox olub. Sabiq prezident Viktor Yuşenkonun da "Bizim Ukrayna" adlı hərəkatı var idi. O, prezident olanda hərəkat da parlament seçkilərində qalib gəldi. O, prezidentlik şansını itirdikdən sonra hərəkatın nüfuzu çox aşağı düşdü və o dağıldı. Poroşenkonun baş nazir olmaq şansı çox aşağıdır. Ona görə də Zelenskinin Pyotr Poroşenkoya vəzifə verəcəyinə inanmıram. Bu baş tutsa, Zelenskinin özünün də reytinqi aşağı düşəcək".

Zelenskinin Cənubi Qafqaz və Azərbaycan siyasəti barədə danışan ekspert qeyd edib ki, Ukraynanın bütün prezidentlərinin Azərbaycanla çox sıx münasibətləri olub, Azərbaycana səfərlər ediblər: "Pyotr Poroşenko da prezidentliyi dövründə Azərbaycana rəsmi səfərə gəlib. Ukrayna GUAM-ın üzvü kimi Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada investisiyaları var. İki ölkə arasında yük daşımacılığı artır. Yeni prezidentin də bu əlaqələri davam etdirilməsi vacibdir. Bunu Zelenskiyə onun müşavirləri və təyin edəcəyi yeni xarici işlər naziri də anladacaq. Zelenskinin bir müddət sonra Azərbaycana da rəsmi səfər etməsi mümkündür".

 

Xəbər lenti
0