Məşhur aktrisa haqqında ilginc iddia

© AFP 2023 / Emma McIntyreAnjelina Coli
Anjelina Coli - Sputnik Azərbaycan
Abunə olmaq
Şüşələri boyunlarında gəzdirən cütlük, qan quruyan zaman yenidən prosesi təkrar edirmiş

BAKI, 22 aprel — Sputnik. Məşhur aktrisa Ancelina Colinin bir müddət əvvəl sevgilisi olmuş yapon model Cenni Şimuzu Coli haqqında inanılmaz faktlar açıqlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, model aktrisanın seks asılılığı olduğunu deyib və bildirib ki, aktrisanın yataq otağından istifadə etməkdən xoşu gəldiyi bıçaq kolleksiyası var.

Qeyd edək ki, Coli 2000-2002-ci illərdə evli olduğu amerikalı aktyor Billi Bob Zornton da Colinin cinsi həyatına aid açıqlamalar vermişdi. Keçmiş əri Colinin bir gün evə iki bıçaq və şüşə qablar alaraq gəldiyini və sevişdikdən sonra barmaqlarını kəsərək, qanlarını bu kiçik şüşələrə doldurmağı təklif edib.

Bu şüşələri boyunlarında gəzdirən cütlük qan quruyan zaman yenidən prosesi təkrar edirmiş. "Ancelina bunu romantik hesab edirdi. İndi də aramızda bir problem yoxdur. Bir-birimizdən nifrət etmirik" - deyə Zornton qeyd edib.

Xəbər lenti
0