Kabus davam edir: Yeni partlayışlar oldu, ölənlərin sayı artır

© REUTERS / DINUKA LIYANAWATTEŞri-Lankada partlayış
Şri-Lankada partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
Ölənlərin sayı 185 nəfərə çatıb, 500-dən çox yaralı var

BAKI, 21 aprel – Sputnik. Şri-Lankada gün ərzində 7-ci və 8-ci partlayış baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. 

Здание посольства России на Украине в Киеве - Sputnik Azərbaycan
Rusiyanın Ukraynadakı səfirliyinin qarşısında partlayış

Partlayış paytaxt Kolombo şəhərinin ətrafında yerləşən Demataqoda qəsəbəsində yaşayış kompleksində baş verib. İlkin məlumatlara görə, partlayışlar nəticəsində azı 2 nəfər ölüb.

Bundan əvvəlki partlayışlar zamanı ölənlərin sayı isə 185 nəfərə çatıb. Ən azı 500 nəfər isə yaralanıb.

Xəsarət alanlar arasında 35 əcnəbi var. Onlardan ən azı 4-ü Çin vətəndaşıdır.

Xatırladaq ki, Şri-Lankada Pasxanın bayram edilməsi zamanı kilsə və otellərdə partlayışlar törədilib. Ümumilikdə 6 partlayış baş verib. Onların əksəriyyəti Kolombo və paytaxt yaxınlığında yerləşən Neqombo şəhərlərində qeydə alınıb.
Hələlik partlayışlara görə hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Xəbər lenti
0