Şri-Lankada dəhşətli terror silsiləsi: Onlarla adam öldürüldü - VİDEO

© REUTERS / DINUKA LIYANAWATTEŞri-Lankada partlayış
Şri-Lankada partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
6 parlayış zamanı 160 nəfər ölüb, 368 nəfər yaralanıb

BAKI, 21 aprel – Sputnik. Şri-Lankada Pasxanın bayram edilməsi zamanı kilsə və otellərdə partlayışlar törədilib.

Sputnik Azərbaycan France-Presse agentliyinə istinadla xəbər verir ki, ümumilikdə 6 partlayış baş verib. Onların əksəriyyəti Kolombo və paytaxt yaxınlığında yerləşən Neqombo şəhərlərində qeydə alınıb.

Terror aktları nəticəsində ən azı 160 nəfər ölüb, 368 nəfər yaralanıb.

Hələlik partlayışlara görə hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Xəbər lenti
0