Ukrayna yeni prezidentini seçir

© AP Photo / Sergei GritsПрезидентские выборы, Украина
Президентские выборы, Украина - Sputnik Azərbaycan
Abunə olmaq
Sosioloji sorğuların nəticəsi Vladimir Zelenskinin ikinci turda  böyük üstünlüklə qalib gələcəyini göstərir

BAKI, 21 aprel – Sputnik. Bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, ikinci turda fəaliyyətdə olan prezident Petro Poroşenko və Vladimir Zelenski qarşılaşacaq.

Дебаты между Порошенко и Зеленским на стадионе Олимпийский  в Киеве - Sputnik Azərbaycan
YAZARLAR
Ukrayna yol ayrıcında – Hər iki namizəd “şanslıyam” deyir

Xatırladaq ki, prezident seçkilərinin birinci turu martın 31-də keçirilib. Seçkilərin birinci turunun nəticələrinə görə liderliyi Vladimir Zelenski edir. O, seçicilərinin 30,24%-nin səsini toplayıb. İkinci pillədə isə hazırkı prezident Pyotr Poroşenko durur. O, Ukrayna vətəndaşlarının 15,95%-inin səsini toplayıb.  Üçüncü yerdə isə 13,4% səslə "Batkivşina" partiyasının sədri Yuliya Timoşenko qərarlaşıb.

Ukrayna qanunlarına görə, seçkilərin birinci turunda namizədlərdən heç biri 50+1 faiz səs toplamadığı təqdirdə, seçkilərin ikinci turu keçirilir. İkinci tura ən çox səs toplamış iki namizəd keçir. Bu, Vladimir Zelenski və Petro Poroşenkodur.

Bütün sosioloji sorğuların nəticəsi Vladimir Zelenskinin ikinci turda  böyük üstünlüklə qalib gələcəyini göstərir. Bəzi rəy sorğularına görə, o, 72 faizlə qalib gələcək.

Xəbər lenti
0