İtkin düşmüş iş adamının cəsədi tapıldı

© AFP 2023 / AHMED DEEBTürk polisi Qaziantepdə toy şənliyinə hücum edilən yerdə araşdırma aparır, 21 avqust 2016
Türk polisi Qaziantepdə toy şənliyinə hücum edilən yerdə araşdırma aparır, 21 avqust 2016 - Sputnik Azərbaycan
Abunə olmaq
Biznesmenin ölümündə şübhəli bilinən S.M. adlı şəxs xaricə qaçıb

BAKI, 20 aprel — Sputnik. Türkiyədə iki aydır itkin düşən iş adamı Şahin Akçanın meyiti Tekirdağın Süleymanpaşa rayonunda yerləşən Kumbağ məhəlləsindəki villasında tapılıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 2 aydır axtarışda olan Akçanın tapılması üçün yaxınları jandarmaya müraciət edib.

Məlumata görə, Akçanın ölümündə şübhəli hesab edilən Azərbaycan əsilli S.M. Artvin sərhədindən xaricə qaçıb.

Faktla bağlı cinayət işi açılıb və iş adamının cəsədi İstanbul Ədliyyə Tibb Mərkəzinə göndərilib.

Xəbər lenti
0