Meksikada yerləşən barların birində ailəvi məclis zamanı dəhşətli hadisə baş verib

Ailə məclisi dəhşətə çevrildi On üç nəfər öldürüldü

231
(Yenilənib 11:11 20.04.2019)
Polis naməlum cinayətkarı axtarır

BAKI, 20 aprel — Sputnik. Meksikada yerləşən barların birində ailəvi məclis zamanı dəhşətli hadisə baş verib.

Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, Meksikanın Minatitlan şəhərində yerləşən Veracrus barında baş verən hadisə 13 nəfərin ölümü ilə nəticələnib. Hələ ki, hadisənin törədən şəxsin kimliyi, olayın nədən qaynaqlandığı bəlli deyil.

Rəsmilər isə bu hadisəni prezident Andres Manuel Lopes Obradorun təxminən 1 ildir ki, prezidentlik səlahiyyətini icra etdiyi gündən etibarən baş verən ən dəhşətli olay kimi qiymətləndirilir.

Qeyd edək ki, ötən gün baş verən olayda daha 4 nəfər yaralanıb.

231