Ukrayna prezidentliyinə namizədlər - Pyotr Poroşenko və Vladimir Zelenski arasında keçiriləcək debata hər şey hazırdır

Həlledici "döyüşü" izləmək üçün bütün biletlər satılıb

145
(Yenilənib 18:37 18.04.2019)
Debat aprelin 19-u saat Bakı vaxtı ilə 19:00-da Kiyevin "Olimpiyskiy" stadionunda keçiriləcək

BAKI, 19 aprel — Sputnik. Ukraynada prezidentliyə namizədlər Pyotr Poroşenko və Vladimir Zelenski arasında keçiriləcək debata bütün biletlər satılıb. Bu barədə Sputnik Azərbaycan "UNİAN"-a istinadən xəbər verir.

Poroşenko və Zelenski arasında debat aprelin 19-u saat Bakı vaxtı ilə 19:00-da Kiyevin "Olimpiyskiy" stadionunda keçiriləcək. Stadionda 70 mindən çox azarkeş toplana bilər.

Qeyd edək ki, Ukraynada martın 31-də prezdent seçkiləri keçirilib. Birinci turun nəticələrinə görə, Vladimir Zelenski hamıdan çox səs toplayıb. O, seçicilərinin 30,24%-nin səsini qazanıb.

İkinci pillədə isə hazırkı prezident Pyotr Poroşenko qərarlaşıb. Onu Ukrayna vətəndaşlarının 15,95%-i dəstəkləyib.

Hazırda bu ölkədə prezident seçkilərinin ikinci turuna hazırlıq gedir. İkinci tur aprelin 21-də keçiriləcək.

 

145
Teqlər:
debat, seçki, prezident, Ukrayna
Əlaqədar
Ukraynadan son xəbər: Poroşenko sürətlə məğlubiyyətə doğru gedir
Ukraynadan Azərbaycana qadın döyüşçülər gətirilə bilər
Azərbaycan Ordusunun hərbi qulluqçusu, arxiv şəkli

Ermənistan Baş Qərargahı: Azərbaycan hərbçiləri sərhədi keçməyib

9
(Yenilənib 11:23 27.11.2020)
Xaçatryan izah edib ki, Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə keçəndən sonra iki ölkə arasında sərhəd Zod yatağının ortasından keçir.

BAKI, 27 noyabr — Sputnik. Azərbaycan hərbçiləri Ermənistanla sərhədi keçməyib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan bildirib.

"Ermənistanla sərhədi (Azərbaycan hərbçiləri – red.) keçməyiblər", - deyə Xaçatryan qeyd edib.

O, izah edib ki, Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə keçəndən sonra iki ölkə arasında sərhəd Zod yatağının ortasından keçir.

Qeyd edək ki, ötən gün Azərbaycan, Ermənistan, Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

9
Teqlər:
hərbçilər, Azərbaycan, Ermənistan, sərhəd, Baş Qərargah
Həkim, arxiv şəkli

Koronavirus xəstələri ölüm ayağında ətrafdakıları necə görür

23
(Yenilənib 01:10 27.11.2020)
"Adam bir dəqiqədə 40 dəfə kəsik-kəsik nəfəs almağa çalışanda və oksigen səviyyəsi 80-ə düşəndə ətrafdakıları məhz bu cür görür", – deyə mütəxəssis paylaşdığı videoda bildirib.

BAKI, 27 noyabr — Sputnik. Sent-Luisdəki Vaşinqton Universiteti Tibb Mərkəzinin reanimasiya şöbəsinin həkimi Ken Remi Facebook-da COVID-19 xəstələrinin ölüm ayağında ətrafdakıları necə gördüklərini əks etdirən video yerləşdirib.

K.Remi bildirib ki, onu bu videonu çəkməyə xəstələrindən birinin ölümü və qohumlarına şəxsən özünün məlumat verməli olması sövq edib.

Videonun əvvəlində Remi kameranı bir neçə dəfə öz üzünə yaxınlaşdıraraq geri çəkib. O bildirib ki, kəskin oksigen çatışmazlığı yaşayan və ölüm ayağında olan insan başqalarını məhz belə görür.

"Adam bir dəqiqədə 40 dəfə kəsik-kəsik nəfəs almağa çalışanda və oksigen səviyyəsi 80-ə düşəndə ətrafdakıları məhz bu cür görür", – deyə mütəxəssis bildirib.

Daha sonra o, nəfəs borusu və larinqoskop vasitəsilə xəstənin intubasiya prosesini imitasiya etdirib.

Bu vəziyyətə düşməmək üçün həkim insanları fərdi qoruyucu vasitələrdən istifadə etməyə və sosial məsafə saxlamağa çağırıb.

23
Teqlər:
həkim, tibb, Vaşinqton, Koronavirus, epidemiya, COVID-19