Erməni əsgərləri, arxiv şəkli

Erməni hərbçi özünü güllələyib

85
(Yenilənib 12:53 18.04.2019)
Xəstəxanaya yerləşdirilən hərbçinin vəziyyəti olduqca ağırdır

BAKI, 18 aprel — Sputnik. Yerevanda müqavilə əsasında xidmət aparan erməni əsgər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumata əsasən, insident Ermənistan paytaxtının yaxınlığında yerləşən hərbi hissələrdən birində baş verib. Qeyd olunur ki, adı və soyadı açıqlanmayan hərbçinin vəziyyəti olduqca ağırdır.

Təsdiqlənməyən məlumata görə, hərbçi özünə qəsd edib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan nəşrə məlumatı təsdiqləyib.

85