İstanbul İmamoğluna təslim edildi – VİDEO

© AFP 2023 / YASIN AKGULГлавный оппозиционный кандидат в мэры Республиканской народной партии (НРП) Экрем Имамоглу машет толпе во время митинга после местных выборов в Стамбуле
Главный оппозиционный кандидат в мэры Республиканской народной партии (НРП) Экрем Имамоглу машет толпе во время митинга после местных выборов в Стамбуле - Sputnik Azərbaycan
Abunə olmaq
Bələdiyyə sədri mandatı YSK-nın İstanbul Seçki Dairəsində qalib namizədə təqdim edilib

BAKI, 17 aprel — Sputnik. Türkiyənin Ali Seçki Qurumu (YSK) bələdiyyə seçkilərində İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri seçilmiş Əkrəm İmamoğluna mandatı təqdim edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün Ə. İmamoğlu YSK-nın İstanbul Seçki Dairəsinə çağırılıb. Bələdiyyə sədri mandatı orada Ə. İmamoğluna təqdim olunub.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul vilayəti üzrə seçki protokolları ilə bağlı etirazı isə qəbul edilməyib.

© sozcuƏkrəm İmamoğlunun İstanbul Bələdiyyə seçkilərində qalib gəlməsini təsdiq edən mandat
İstanbul İmamoğluna təslim edildi – VİDEO - Sputnik Azərbaycan
Əkrəm İmamoğlunun İstanbul Bələdiyyə seçkilərində qalib gəlməsini təsdiq edən mandat

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası 44,33 faiz səs toplayaraq qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyası 30,12 faiz səslə ikinci yerdə qərarlaşıb. Sonrakı yerləri 7,45 faiz səslə İYİ Partiya, 7,12 faiz səslə Milliyyetçi Hərəkat Partiyası tutub. HDP 4,24 faizlə beşinci olub.

İlkin nəticələrə görə, Ədalət və İnkişaf Partiyasının İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım 4 milyon 130 min 49 səs (48,48 faiz), Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu isə 4 milyon 157 min 237 səs (48,80) toplayıb.

Ədalət və İnkişaf Partiyası İstanbuldakı nəticələrə etiraz edib. Nəticədə 318 min 222 etibrasız bülletenin yenidən sayılmasına qərar verilib. Etibarsız səslərin və İstanbulun bəzi rayonlarında bülletenlərin təkrar sayılmasından sonra Ə.İmamoğlu 13 min 729 səs fərqi ilə qalib gəlib.

Son rəqəmlərə əsasən, B.Yıldırım 4 milyon 156 min 36 səs, Ə.İmamoğlu isə 4 milyon 169 min 765 səs toplayıb.

Xatırladaq ki, bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının formalaşdırdığı “Cumhur İttifaqı” 51,64 faiz, Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyanın yaratdığı "Millət İttifaqı” isə 37,57 faiz səs toplayıb.

 

Xəbər lenti
0