Parisdə yanğın

Parisdəki dəhşətli yanğının gizlinləri ya ilk 23 dəqiqədə baş verib?

591
(Yenilənib 14:44 17.04.2019)
İlk siqnal yerli vaxtla saat 18:20-də işə düşüb, lakin yanğınsöndürənlər əraziyə çağırılmayıb

BAKI, 17 aprel — Sputnik. Parisdə yanan "Notr-Dam-de-Pari" kilsəsinin əməkdaşları özləri 23 dəqiqə yanğının baş vermə səbəbini aşkarlamağa çalışıblar. Bu barədə Sputnik Azərbaycan "Buzzfeed" nəşrinə istinadən xəbər verir.

Nəşr yazır ki, yanğınla bağlı ilk siqnal yerli vaxtla saat 18:20-də işə düşüb, lakin yanğınsöndürənlər əraziyə çağırılmayıb. Yalnız 18:43-də ikinci siqnal veriləndə yanğının mənbəyi kilsənin ikinci mərtəbəsində aşkarlanıb və yalnız bundan sonra hadisə yerinə yanğınsöndürənlər çağırılıb.

Xatırladaq ki, bazar ertəsi "Notr-Dam-de-Pari" kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb. Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.

Qeyd edək ki, 10 saatdan çox davam edən yanğını gecə yarısından sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına kilsənin yuxarı səviyyələrində aparılan təmir işləri səbəb olub.

Fransa prezidenti Emmanuel Makron xalq müraciətində bildirib ki, yaxın 5 ildə kilsəni yenidən bərpa etmək niyyətindədir.

591
Teqlər:
siqnal, yanğın, kilsə, Paris
Əlaqədar
Dəhşətli yanğın faktını 50-yə yaxın müstəntiq araşdıracaq
Fransanın simvolu yanıb külə dönür – VİDEO
Aviaşirkət yanmış kilsəni bərpa edənləri pulsuz daşıyacaq
Bakıda iki yaşayış binasında yanğın olub, həlak olan var