İstanbulda Göy məscid üzərində helikopter

İstanbulda çalxalanma: Şəhər qurudan havadan nəzarətə götürülüb

2158
(Yenilənib 13:12 16.04.2019)
Polis helikopterlərinin də dəstək verdiyi əməliyyat davam edir

BAKI, 16 aprel — Sputnik. İstanbulda narkotik tacirlərinə qarşı geniş miqyaslı əməliyyat keçirilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İstanbul Təhlükəsizlik İdarəsinin Narkotik Cinayətləri ilə Mübarizə üzrə şöbəsi tərəfindən 150 ünvanda eyni zamanda əməliyyat keçirilib.

Xüsusi polis hərəkatının da dəstək verdiyi əməliyyat zamanı xeyli miqdarda narkotik maddə ələ keçirilib, 152 şübhəli şəxs saxlanılıb.

Saxlanılan şəxslərin bəzilərinin tibbi müayinədən sonra ifadə alınması üçün İstanbul Polisinə aparılıb.

Polis helikopterlərinin də dəstək verdiyi əməliyyat davam edir.

2158
Teqlər:
narkotik maddə, narkotik, hərbi əməliyyat, İstanbul
Əlaqədar
AZAL-dan möhtəşəm İstanbul aksiyası
İstanbul təyyarələri SOCAR benzini ilə uçacaq
İstanbul boğazında nəhəng gəmi yanır, yaralananlar var – FOTO