Türkiyədə nəhəng əməliyyat: 1608 nəfər tutulub

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Cari ilin 3 ayında polis və jandarma tərəfindən 141 əməliyyat keçirilib

BAKI, 16 aprel — Sputnik. Türkiyədə son 4 ayda mütəşəkkil cinayətkarlığa qarşı genişmiqyaslı əməliyyatlar keçirilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, 1 yanvar – 15 aprel 2019-cu il tarixlərində polis və jandarma tərəfindən 141 əməliyyat keçirilib.

Türkiyədə həbs - Sputnik Azərbaycan
FETÖ əməliyyatı Türkiyə donanmasına çatdı

Ümumilikdə bu əməliyyatlar zamanı 1608 nəfər şübhəli şəxsdən 630-u həbs olunub.

Ötən il Türkiyə hüquq-mühafizə orqanları tərəfindən mütəşəkkil cinayətkarlığa qarşı 332 əməliyyat keçirilib. 47-si beynəlxalq/regional, 250-si yerli olmaqla, 297 terror təşkilatı və cinayətkar qrup çökdürülüb, 4565 nəfər qanunsuz qruplaşma rəhbəri barəsində cinayət işi açılıb, onlardan 810-u yaxalanıb.

Türkiyə polisi və jandarması tərəfindən terror təşkilatlarına qarşı ötən il keçirilən əməliyyatların sayı 33% artıb. 1 yanvar - 15 aprel 2019-cu il tarixlərində mütəşəkkil cinayətkarlığa qarşı keçirilən əməliyyatlar zamanı 183 ədəd tapança, 150 ədəd ov tüfəngi, 10340 ədəd fişəng ələ keçirilib.

Xəbər lenti
0