Zöhrab Mnatsakanyan

Ermənistanın xarici işlər naziri Moskvadan Parisə yola düşür

210
(Yenilənib 11:07 16.04.2019)
Mnatsakanyan Parisdə fransalı həmkarı Jan-İv Le Drian, parlamentin xarici əlaqələr üzrə komissiyasının sədri Mariel de Sernez və digər yüksək vəzifəli şəxslərlə görüşəcək

BAKI, 16 aprel — Sputnik. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Fransanın paytaxtı Parisə üç günlük səfər edəcək. Sputnik Ermənistan xəbər verir ki, onun səfəri bu gün başlayır. 

Mnatsakanyan Parisdə fransalı həmkarı Jan-İv Le Drian, parlamentin xarici əlaqələr üzrə komissiyasının sədri Mariel de Sernez və digər yüksək vəzifəli şəxslərlə görüşəcək. Bundan əlavə, erməni nazir Beynəlxalq Əlaqələr üzrə Fransa İnstitutunda çıxış edəcək.

Xatırladaq ki, ötən gün Rusiyanın paytaxtı Moskvada bu ölkənin xarici işlər naziri Sergey Lavrovun Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşü keçirilib. Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər.

Məlumata əsasən, qapalı müzakirələr 29 mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqların yekunu fonunda keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.

210
Teqlər:
görüş, Paris, Fransa, Zöhrab Mnatsakanyan, xarici işlər naziri, Ermənistan
Əlaqədar
Erməni hərbçiləri Azərbaycanla sərhədin yaxınlığında qəzaya uğradılar
XİN: Azərbaycan və Ermənistan vətəndaşları arasında təmas qurulmasına razılıq verilib
KİV nümayəndələrinin siluetləri

Azərbaycanlı fotoqraflar Beynəlxalq Federasiyanın fəxri adlarını aldılar

9
(Yenilənib 23:20 05.12.2020)
Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov UNESCO-nun təqdir etdiyi məşhur təşkilatın şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanın "Gilavar" fotoklubunun dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri adlarına layiq görülüblər. 

Sputnik Azərbaycan-a fotoklubun mətbuat xidmətindən verilən məlumata görə, bu, UNESCO-nun tanıdığı yeganə fototəşkilatdır. 

Onun fəxri adlarını almaq üçün fotoqraflar xüsusi qaydalara riayət etməlidirlər: FIAP-ın müxtəlif ölkələrdə keçirdiyi müsabiqələrə qatılmalıdırlar, onların fotoqrafiyaları bədii və texniki ustalıq nöqteyi-nəzərindən təqdir olunmalı və onlar mükafat qazanmalıdırlar. Bunlardan əlavə, təşkilatın bədii komissiyasının və direktorlar şurasının üzvlərinin səsləri də nəzərə alınmalıdır. 
Azərbaycanlı fotoqraflar Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər. Bu adlar ildə bir dəfə verilir. 2016-cı ildən bəri fəxri adlar alan azərbaycanlı fotoqrafların sayı artaraq yeddiyə çatıb. 

Qeyd edək ki, İlqar Cəfərov və Rəşad Mehdiyev AZƏRTAC Dövlət İnformasiya Agentliyinin fotojurnalistləridir. Onların hər ikisi İkinci Qarabağ müharibəsi zamanı cəbhəyanı və işğaldan azad olunmuş ərazilərdə çəkilişlər aparıblar.

9
Teqlər:
fəxri adlar, fotoqraf, azərbaycanlı
ABŞ bayrağı, arxiv şəkli

Bütün dövrlərin ən pis ili - Time açıqladı

14
(Yenilənib 22:52 05.12.2020)
Məqalə müəllifi eyni zamanda qeyd edir ki, ABŞ-ın, eləcə də dünyanın tarixində 2020-ci ildən də pis illər olub, amma bunlar çox qədimdə olub, yəni Böyük depressiya, qrip pandemiyası, dünya müharibələrini görmüş insanlar elə də çox deyil.

BAKI, 5 dekabr - Sputnik. Amerikanın Time jurnalı indi yaşayan insanlar üçün tarixin ən pis ilinin 2020 olduğunu yazıb. Jurnal 2020-ci ili iki dünya müharibəsi illəri və ispan qripinin yayıldığı 1918-ci illə müqayisə edib.

Jurnalın yeni sayının üz qabığındakı iri şriftlə dərc olunmuş 2020 rəqəminin üzərindən qırmızı rəngli çarpaz xətlər çəkilib. Aşağıda isə "bütün illərdən ən pisi" yazılıb. 

​Eyniadlı məqaləni Time jurnalı üçün kino tənqidçisi Stefani Zaçarek yazb. Onun sözlərinə görə, indi yaşayanların əksəriyyəti hələ belə "dəhşətli il"lə rastlaşmayıb. 

"Bizim çoxumuz buna hazır deyildik: nə təbiətə nə dərəcədə xəyanət etdiyimizi sübut edən təbii fəlakətlərə, nə fantaziyalara söykənən seçkilərə, nə də planetin bütün insanlarının həyatını alt-üst edən, 1,5 milyon adamın ölümünə bais olan yarasadan törəmiş virusa", - Zaçarek yazıb. 

Məqalə müəllifi eyni zamanda qeyd edir ki, ABŞ-ın, eləcə də dünyanın tarixində 2020-ci ildən də pis illər olub, amma bunlar çox qədimdə olub, yəni Böyük depressiya, qrip pandemiyası, dünya müharibələrini görmüş insanlar elə də çox deyil.

14
Teqlər:
2020, jurnal, Time
Sarımsaq, arxiv şəkli

Təbii antibiotik zərərli imiş

0
(Yenilənib 23:40 05.12.2020)
Məlum olub ki, sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

BAKI, 5 dekabr — Sputnik. Çoxsaylı faydalı təsirləri olmasına baxmayaraq, sarımsaq aqressiv məhsul hesab edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə danışan həkim-dietoloq İnna Zaykina bildirib ki, çox sarımsaq yemək olmaz.

Mədə xorası xəstəliyi, pankreatit və digər xəstəliyi olan insanlar sarımsaq yeməməlidirlər. Çünki sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

Bir müddət əvvəl isə endokrinoloq Yelena Qubkina kartof bişirmə və yemək üsulları barədə danışarkən bildirmişdi ki, kartof torpaqdan və havadan zərərli maddələr yığdığı üçün onu istehlak edərkən diqqətli olmaq lazımdır. Belə ki, kartofu soyulmuş qaynatmaq və buxarda bişirmək daha faydalıdır. Belə ki, bu zaman tərəvəz maksimum miqdarda qida - kalium, natrium, B6 vitamini verir.

0
Teqlər:
allergiya, mədə-bağırsaq xəstəlikləri, simptom, xəstəlik, təbii antibiotik, zərər, sarımsaq