Notr-Dam-de-Pari yenidən bərpa ediləcək – VİDEO

© REUTERS / CHARLES PLATIAUПожар в соборе Парижской богоматери
Пожар в соборе Парижской богоматери - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər bildirilər ki, Notr-Dam-de-Pari kilsəsinin tam bərpası 5 ildən bir neçə onilliyə qədər davam edə bilər.

BAKI, 16 aprel – Sputnik. Fransanın paytaxtı Parisdə yanan məşhur Notr-Dam-de-Pari kilsəsi yenidən bərpa ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Makron xalqa müraciəti zamanı bildirib.

Makron xalqa xüsusi müraciəti zamanı kilsənin günü sabahdan bərpa ediləcəyinə söz verib: “Biz kilsəni bərpa edəcəyik. Sabahdan etibarən həm Fransada, həm də onun hüdudlarından kənarda kilsənin bərpası üçün vəsait toplanmasına başlanılacaq”. 

Notr Dam de Pari  kilsəsində yanğın - Sputnik Azərbaycan
Fransanın simvolu yanıb külə dönür – VİDEO

O, bərpa işlərinə müasir dövrün ən istedadlı şəxslərinin cəlb ediləcəyini bildirərək, yanğının söndürülməsində iştirak edən yanğınsöndürənlərə təşəkkür edib: “Notr-Dam bizim tariximiz, bizim ədəbiyyatımız, bizim təsəvvürümüzdür. Elə bir yerdir ki, biz burada epidemiyalar, müharibələr, azad edilməyimiz kimi tarixi anları yaşamışıq. Bura bizim həyatımızın mərkəzidir. Məsafənin ölçülməyə başlanılmasının etalonudur”.

Qeyd edək ki, kilsədə yanğın aprelin 15-də axşam saatlarında başlayıb. Yerli vaxtla, təxminən, saat 19-da yanğın barədə ilk siqnal daxil olub. Yanğın nəticəsində kilsənin dam örtüyünün üçdə ikisi, damı, mili və saatı məhv olub. Amma kilsənin hər iki zəng qülləsi xilas edilib.

Bundan əlavə, kilsənin içindəki tarixi əşyaların böyük qismini xilas etmək mümkün olub. Amma yekun qiymətləndirmə kilsədəki yanğın tam söndürüləndən sonra aparılacaq.

Ekspertlər bildirirlər ki, Notr-Dam-de-Pari kilsəsinin tam bərpası 5 ildən bir neçə onilliyə qədər davam edə bilər.

Notr-Dam-de-Pari kilsəsi Parisin əsas simvollarından biridir. Kilsə 1163-1345-ci illər ərzində ucaldılıb. Burada dəfələrlə Fransa tarixində taleyüklü əhəmiyyət daşıyan hadisələr yaşanıb. Fransa kral və kraliçalarının toyu, kralların taxta çıxarılması, o cümlədən Napaleon Bonapartın imperator elan edilməsi, məşhur şəxslərin dəfn edilməsi, dini ayinlər, dövlət mərasimləri və s. keçirilib. Fransada bütün məsafələr Notr-Dam-de-Pari kilsəsindən başlayaraq ölçülür.

Xəbər lenti
0