Nepalın Everest dağının ətəyində yerləşən Lukla qəsəbəsindəki Tenzinq-Hillari hava limanında faciə baş verib

Təyyarə ilə helikopter toqquşub, ölənlər yaralananlar var

78
(Yenilənib 13:21 14.04.2019)
Ölənlər təyyarənin pilotu və helikopterin yanındakı 2 polis əməkdaşıdır

BAKI, 14 aprel — Sputnik. Nepalın Everest dağının ətəyində yerləşən Lukla qəsəbəsindəki Tenzinq-Hillari hava limanında faciə baş verib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, turistləri daşıyan kiçik sərnişin təyyarəsi havaya qalxdığı zaman qarşıdakı helikopterlə toqquşub.

Hadisə nəticəsində 3 nəfər həlak olub, 4 nəfər xəsarət alıb. Ölənlər təyyarənin pilotu və helikopterin yanındakı 2 polis əməkdaşıdır. Təyyarədəki 4 turist və bir stüardessa isə heç bir xəsarət almayıb.

Qeyd edək ki, Tenzinq-Hillari dünyanın ən təhlükəli hava limanlarından biri kimi tanınır. Bu hava limanı dünyanın ən yüksək zirvəsi olan Everestə Nepal istiqamətindən səyahətlər həyata keçirilməsinə xidmət edir.

78
Teqlər:
helikopter, təyyarə, Everest zirvəsi, Nepal
Əlaqədar
Tehranda içində 50 sərnişin olan təyyarə yanıb
Gəncə-Moskva təyyarəsində bomba həyəcanı
Sərnişin təyyarəsində cəmi bir nəfər uçub