Gərgin anlar yaşanan İstanbuldan son xəbər

© REUTERS / KEMAL ASLANİstanbulda seçkilərdən sonra atəşfəşanlıq
İstanbulda seçkilərdən sonra atəşfəşanlıq - Sputnik Azərbaycan
Abunə olmaq
Maltəpə dairəsində 1089 seçki qutusundan 800-dəki səslər sayılıb

BAKI, 14 aprel — Sputnik. İstanbul Bələdiyyəsinə keçirilən seçkilərin səs sayımı hələ də davam edir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Maltəpə dairəsində 1089 seçki qutusundan 800-dəki səslər sayılıb.

CHP-dən olan keçmiş millət vəkili Barış Yarkadaş son durum barədə öz "Twitter" hesabından paylaşım edib. Maltəpədə 1089 qutudan 800-də səs sayılması prosesinin başa çatdığını yazan Yarkadaşın sözlərinə görə, qalan 300-ə yaxın seçki qutusundakı səslərin bu gün axşam saatlarında sayılıb bitməsi gözlənilir.

Qeyd edək ki, İstanbul seçkilərində CHP-dən olan Əkrəm İmamoğlu AKP-nin namizədi Binəli Yıldırımı üstələyib. Buna etiraz edən AKP və MHP səslərin təkrar sayılmasını tələb edib. Hazırda səslərin yenidən sayılması prosesi gedir.

Xəbər lenti
0