Марс

Marsda pinqvin tapılıb? FOTO

154
(Yenilənib 16:04 13.04.2019)
Amerika sakini inanılmaz iddia ilə çıxış edib

BAKI, 14 aprel — Sputnik. Amerikalı Stiv Martin NASA-nın Marsdan çəkdiyi şəkillərə baxmağı çox sevir. Martin bu dəfə şəkillərdən birində pinqvin gördüyünü iddia edir.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Martin açıqlaması zamanı deyib ki, uzun zamandır Marsda pinqvin axtarışında olub: “Mən həmişə inanırdım ki, Marsda həyat olub. Bunu təsdiq etməyə çalışırdım. Pinqvini tapandan sonra inanıram ki, Marsda həyat olduğunu sübut edə biləcəm”.

Kişi eyni zamanda bunları da dilə gətirib: “Mən saatlarla NASA-nın çəkdiyi şəkillərə baxmışam. Heç vaxt ağlıma gəlməyib ki, Marsda pinqvin taparam”.

Daşın arxasındakı pinqvindir?
Daşın arxasındakı pinqvindir?
154