Türk hərbi polisi, arxiv şəkli

FETÖ əməliyyatı səngimir 1412 hərbçi ordudan kənarlaşdırıldı

68
(Yenilənib 16:08 13.04.2019)
Türkiyədə şok qərarların verilməsi davam edir

BAKI, 13 aprel — Sputnik. Türkiyədə şok qərar – 1412 hərbçi ordudan çıxarıldı

Türkiyə Silahlı Qüvvələrində Fetullahçı Terror Təşkilatına (FETÖ) qarşı mübarizə davam etdirilir.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə müdafiə nazirinin əmri ilə bu günə qədər 1412 nəfər ordudan xaric edilib.

Belə ki, müdafiə nazirinin əmri ilə Quru Qoşunlarından 765, Dəniz Qoşunlarından 242, Hərbi Hava Qüvvələrindən 375 hərbçi ordudan kənarlaşdırılıb.

Bundan əlavə, 106 təqaüddə olan hərbçinin də rütbələri geri alınıb.

68