Qazprom şirkətinin baş ofisi, arxiv şəkli

Ermənistan şikayət etdi: Rusiya qazı bazar qiymətindən baha satır

59
(Yenilənib 15:26 13.04.2019)
Ermənilər müqavilənin sərfəli tərəfini unudublar

BAKI, 13 aprel — Sputnik. Rusiya Ermənistana qazı bazar qiymətindən baha satır. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bu iddia ilə Ermənistanın "Jamanak" nəşri çıxış edib.

"Dünya bazarında qazın qiymətləri aşağı düşür. Hazırda qazın qiyməti min kub metr qaza görə 150-160 dollar aralığında dəyişir. Hazırda isə Rusiya Ermənistana qazı min kubmetrə görə 165 dollara satır. Yəni bu, dünya qiymətindən bahadır. Düzdür, Ermənistanın Rusiya ilə bir ilki müqaviləsi var və dünya bazarında qazın qiymətləri artsa da, bu məbləğ Ermənistan üçün dəyişməyəcək", - deyə nəşr yazır.

59