Глава КНДР Ким Чен Ын

Şimali Koreya liderindən ABŞ-a gözlənilməz mesaj

178
(Yenilənib 13:03 13.04.2019)
Kim Çen In Donald Trampın bütün arzularını alt-üst etdi

BAKI, 13 aprel — Sputnik. Şimali Koreya hərbi gücünü artıracaq və atom energetikasını inkişaf etdirəcək.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreya ilə "nüvəsizləşdirmə"yə dair müzakirələrin aparılmasına baxmayaraq bəyan edib.

"Elektroenergetika sahəsində, hidroenergetika sahəsi, atom energetikası da daxil olmaqla perspektivli energetika resursları üçün güclərin yaradılması üzərində işləmək lazımdır" - deyə Kim Çen In bildirib.

Bununla da o, ölkəsinin tam olaraq nüvə çalışmalarından imtina etməyə hazırlaşmadığını təsdiqləyib.

178