FTX əməkdaşları anti-terror əməliyyatı zamanı

Rusiyada anti-terror əməliyyatı İki İŞİD-çi zərərsizləşdirildi

54
(Yenilənib 10:35 13.04.2019)
İŞİD üzvləri terror aktları törətməyi planlaşdırırlarmış

BAKI, 13 aprel — Sputnik. Rusiyanın Tümen şəhərində insanların kütləvi toplaşdığı yerlərdə terror aktları törətməyi planlaşdıran iki İŞİD terrorçusu zərərsizləşdirilib.

Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, İŞİD terrorçuları vilayətdə yerləşən şəxsi evlərdən birində gizləniblər. Terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyat şəhərin üç küçəsində - Novoselov, Maqnitoqorskaya, Lokomotivnaya keçirilib.

Hazırda əraziyə cəlb olunan xüsusi xidmət orqanlarının əməkdaşları və xüsusi texnikası ərazini tərk edib. Yerli sakinlərə daha əvvəl bağlanan küçədə hərəkət etməyə imkan verilib.

54