Güldən Ərdoğana ilginc ismarıc: "Bizə ediləni başqalarına etməyin"

© AP PhotoAbdullah Gül və Ərdoğan
Abdullah Gül və Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə demokratiyasının gücünə toxunan eks-prezident baş verənlərin olduqca üzücü olduğunu vurğulayıb

BAKI, 12 aprel — Sputnik. Türkiyənin 11-ci prezidenti Abdullah Gül ilk dəfə İstanbulda keçirilən son bələdiyyə seçkilərinin nəticələri ilə bağlı danışıb. Bu barədə Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir.

Rəsmi olmayan nəticələrə görə, İstanbul Bələdiyyəsinə keçirilən sədr seçkilərini qazanan Ekrem İmamoğlunun qalib elan olunmamasına Gül belə reaksiya verib: "Vaxtilə bizə qarşı ediləni başqasına etməməyimiz lazımdır".

Türkiyə demokratiyasının gücünə toxunan eks-prezident baş verənlərin olduqca üzücü olduğunu vurğulayıb.

Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. İqtidardakı AKP-nin də daxil olduğu Cümhur İttifaqı İstanbulda seçkini uduzmuş kimi görünür.

Türkiyə prezidenti və Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən bələdiyyə seçkilərinin nəticələrini şərh edib: "Türkiyə xalqı artıq 15-ci dəfədir bizi birinci edir. AKP və Cümhur İttifaqı ilə birlikdə seçkilərə qatıldığımız yerlərdə indiyə qədər 16 böyük şəhərdə, 24 vilayət, 538 rayon, 200 qəsəbədə toplam olaraq 778 bələdiyyə sədrliyini qazandıq. Bu isə ölkəmizdə olan bələdiyyələrin 56%-nin AKP tərəfindən idarə olunacağı anlamına gəlir".

Xəbər lenti
0