"Geri çəkilin, başqa yolunuz yoxdur" - Ankaradan Təl-Əvivə çağırış

© AFP 2023 / OZAN KOSETürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Çavuşoğlu: "İki dövlətli həll yolundan başqa heç bir nizamlanma Yaxın Şərqə sülh, hüzur gətirə bilməz"

 

BAKI, 12 aprel — Sputnik. "Bu gün Yaxın Şərq və Aralıq dənizi bölgəsinə ən çox təsir edən problemlərdən biri Yaxın Şərq problemidir". Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Ситуация в Думе, Дамаск, Сирия, 16 апреля 2018 года - Sputnik Azərbaycan
İsrail Suriyanı bombalayıb - VİDEO

"Fələstin-İsrail problemi həll olunamlıdır. İki dövlətli həll yolundan başqa heç bir nizamlanma Yaxın Şərqə sülh, hüzur gətirə bilməz" - deyə Çavuşoğlu bildirib.

O, qeyd edib ki, bu gün ABŞ rəhbərliyinin yanlış qərarları ilə cəsarətlənən İsrail bu aqressiv siyasətindən əl çəkməli və dərhal iki dövlətli həll yoluna geri qayıtmalıdır: "Türkiyə olaraq bu qərarı dəstəkləyəcimizi vurğulamaq istəyirəm".

Qeyd edək ki, martın 25-də ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə mətbuat konfransı keçirib. Konfransdan sonra Tramp İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanıyan sənədə imza atıb.

"İsrailin Qolan təpələrindəki hakimiyyətini tanıdım" - deyə Tramp açıqlamasında bildirib.

Xatırladaq ki, 1967-ci ildə baş verən 6 günlük müharibə zamanı İsrail Suriyanın Qolan təpələrini işğal edib.

Xəbər lenti
0