Robert Koçaryan

Məhkəmə eks-prezidentin şikayətini təmin etmədi

14
(Yenilənib 10:48 12.04.2019)
Koçaryan ötən ilin dekabrın 7-də yenidən həbs olunub

 

BAKI, 12 aprel — Sputnik. Yerevanın ümumi hüquq məhkəməsi həbs olunan sabiq prezident Robert Koçaryanın cinayət işinin dayandırılması haqqında tələbi ilə bağlı ərizəsini rədd edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Bu qərardan 10 gün müddətinə apellyasiya vermək olar.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti, 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan ötən ilin dekabrın 7-də yenidən həbs olunub.

14
Əlaqədar
Koçaryan həbsxanadan Qarabağla bağlı bəyanat verdi
Sarqsyan Koçaryana qarşı ifadə verib? – Vəkil açıqladı
Apellyasiya Məhkəməsi Koçaryana qarşı qərar çıxardı