Rus əsgəri sərgidə nümayiş olunan Rusiyanın S-400 zenit-raket kompleksinin önündə

Kreml imtina etdi: "S-400"-ün Türkiyə ilə birgə istehsalından söhbət gedə bilməz

305
(Yenilənib 18:52 11.04.2019)
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə ilə birgə istehsal barədə suala cavab verib

BAKI, 11 aprel — Sputnik. Türkiyə ilə birgə "S-400" zenit-raket komplekslərinin birgə istehsalından söhbət getmir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu komplekslərin Türkiyə ilə birgə istehsalı barədə sualı cavablandırarkən bildirib.

"Söhbət "S-400" zenit-raket komplekslərinin kompleks şəkildə birgə istehsalından getmir və gedə də bilməz. Bu yeni növ silahdır. Lakin hər hansı komponentlərin birgə istehsalından söhbət açıla bilər", - deyə Peskov vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə "S-500" zenit raket komplekslərinin alınmasına dair müqavilənin bağlanmasını istisna etməyib. Türkiyə lideri vurğulayıb ki, "S-400" zenit raketləri ilə bağlı müqavilə artıq bağlanıb və geri addım atıla bilməz.

"Hər şey razılaşdırılıb - kredit şərtlərindən tutmuş, birgə istehsala qədər. İmzalar atılıb, geri addım atıla bilməz. Bu, əxlaqsızlıq olardı. Ümid edirəm ki, biz "S-400"-ün ilk partiyasını iyulda alacağıq. Ola bilsin ki, "S-400"-lərdən sonra biz "S-500"-lərlə bağlı variantları nəzərdən keçirdik" - Ərdoğan bildirib.

Martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" alarsa, Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.

"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - deyə, amerikalı sözçü vurğulayıb.

305