Fransadan Türkiyəyə qarşı xain addım

© AP Photo / Lefteris PitarakisTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron - Sputnik Azərbaycan
Abunə olmaq
Hər il Fransada aprelin 24-ü "erməni soyqırımı" qurbanlarının milli anım günü kimi qeyd olunacaq

BAKI, 11 aprel — Sputnik. Fransa prezidenti Emmanuel Makron ölkə ərazisində 24 aprel tarixinin qondarma "erməni soyqırımı" anım günü elan olunması barədə fərman imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, fərman Fransanın rəsmi qanunvericilik portalında dərc olunub.

Qeyd edək ki, Makron qərarı barədə hələ bu ilin fevralında Fransada erməni təşkilatlarının koordinasiya şurasının illik şam yeməyində çıxışı zamanı bildirib.

"Hər il Fransada 24 aprel tarixi "erməni soyqırımı" qurbanlarının milli anım günü kimi qeyd olunacaq", – deyə fərmanda bildirilir.

Qeyd olunur ki, bu günlə bağlı tədbirlər rəsmi olaraq Parisdə keçiriləcək.

Xəbər lenti
0