Sudanda etiraz edən nümayişçilər

Ölkəni 26 il idarə etmiş prezident devrildi

386
Paytaxt Xartumda əhali prezident Omar əl-Bəşrinin istefaya getməsini bayram edir

BAKI, 11 aprel — Sputnik. Sudanda ordu hərbi çevriliş edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, çevrilişçilər prezident Ömər əl-Bəşirin vəzifədən uzaqlaşdırıldığını, hökumətin buraxıldığını elan ediblər.

Prezident iqamətgahı da hərbçilər və zirehli texnika ilə mühasirəyə alınıb. Hərbçilərin yaxın vaxtlarda ölkənin Hərbi Şura tərəfindən idarə ediləcəyini elan etməsi gözlənilir. Hərbi Şura bir ilə qədər fəaliyyət göstərə bilər.

Bir qrup zabit dövlət televiziyasının binasına daxil olub. Ölkə telekanallarında hərbi marş və milli musiqi səsləndirilir.

Hələlik prezidentin istefaya getməsi rəsmən elan olunmasa da, paytaxt Xartumda əhali prezident Omar əl-Bəşrinin istefaya getməsini bayram edir. Onlar şəhər küçələrinə bayraqlarla çıxaraq "Biz qalib gəldik" kimi şüarlar səsləndirirlər.

Qeyd edək ki, 75 yaşlı Ömər əl-Bəşir 1993-cü il oktyabrın 16-dan Sudana rəhbərlik edir. 2018-ci ilin dekabrından əhali onun istefası tələbi ilə etiraz aksiyalarına başlayıb.

386
Teqlər:
prezident, Sudan, hərbi çevriliş
Əlaqədar
Qırx illik diktator devrildi