İstanbulun taleyi bu gün həll olunur – Ərdoğan “yeni seçki” deyir

© AP Photo / Lefteris PitarakisПрезидент Турции Реджеп Тайип Эрдоган уходит после того, как выступит с заявлением по итогам местных выборов в Стамбуле
Президент Турции Реджеп Тайип Эрдоган уходит после того, как выступит с заявлением по итогам местных выборов в Стамбуле - Sputnik Azərbaycan
Abunə olmaq
AKP-nin sədr müavini Ali İhsan Yavuz hər bir siyasi partiyanın fövqəladə etiraz haqqının olduğunu vurğulayıb

BAKI, 10 aprel — Sputnik. Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz iqamətgahında Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşəcək. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu martın 31-i bələdiyyə seçkilərdən sonra Cümhur İttifaqını təşkil edən partiya liderlərinin ilk görüşü olacaq.

Полиция в Турции. Архивное фото - Sputnik Azərbaycan
Türkiyədə qan töküldü: Seçki məntəqəsində iki nəfəri güllələdilər

Türkiyə prezidentinin mətbuat katibliyinin yaydığı məlumatda qeyd olunur ki, liderlər arasında görüş Bakı vaxtı ilə saat 13:00-da keçiriləcək.

Ərdoğan və Baxçalının İstanbulda bələdiyyə seçkilərinin nəticələrini müzakirə edəcəyi gözlənilir. Onların İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsi təklifi ilə çıxış etməsi belə istisna edilmir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamada qeyd edib ki, İstanbulda bələdiyyə seçkisində səsvermə zamanı saxtakarlıqlara yol verilib: "Şübhəli məqamlar saxtakarlıq olduğunu göstərir. Əslində səmimi davranış olsa, bu, seçkinin ləğvinə aparar".

Qeyd edək ki, ötən gün AKP-nin sədr müavini Ali İhsan Yavuz 31 mart seçkilərinin nəticələri və etiraz ərizələri ilə bağlı açıqlamalar verərkən "İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsini istəyirik" deyib.

Hər bir siyasi partiyanın fövqəladə etiraz haqqının olduğunu vurğulayan Yavuz qeyd edib: "Fövqəladə etiraz haqqımızdan istifadə edəcəyik. Seçkilərin nəticələrinə çox təsir edə biləcək hallar var və İstanbulda yenidən seçkilərin keçirilməsini istəyirik".

Yavuz, bir jurnalistin "Yüksək Seçki Quruluşunun (YSK) seçkinin təkrar keçirilməsi tələbəni rədd edərsə, nə edəcəksiniz" sualına cavab olaraq qurumun qərarına hörmətlə yanaşacaqlarını bildirib: "Amma şübhə ortadan qalxacaq".

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda təkrar seçki keçirilməsi tələbini dəstəkləyib.

"Seçkilərin təkrar keçirilməsi demokratiyanın tələblərindən biridir. İctimai qarışıqlıq əvəzinə, seçki qutularına yenidən gedib, Türkiyənin sabitliyini təmin etmək daha məntiqlidir. Vicdanı sakit qoya biləcək yeni bir seçki düşünülə bilər" – Baxçalı bəyan edib.

Elxan Şahinoğlu  - Sputnik Azərbaycan
Türkiyədə seçki öncəsi vəziyyət necədir - politoloq şərh edir

Qeyd edək ki, İstanbulda seçkilərin nəticələrinin ləğv olunacağı təqdirdə, YSK yenidən seçkilərin hansı tarixdə keçiriləcəyini də açıqlayıb. Belə ki, qurumun 29 mart "Resmi Gazete"də yayımlanan qərarında təkrar seçkilərin 2 iyun tarixində keçiriləcəyi qeyd olunub.

Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. İqtidardakı AKP-nin də daxil olduğu Cümhur İttifaqı İstanbulda seçkini uduzmuş kimi görünür.

Türkiyə prezidenti və Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən bələdiyyə seçkilərinin nəticələrini şərh edib: "Türkiyə xalqı artıq 15-ci dəfədir bizi birinci edir. AKP və Cümhur İttifaqı ilə birlikdə seçkilərə qatıldığımız yerlərdə indiyə qədər 16 böyük şəhərdə, 24 vilayət, 538 rayon, 200 qəsəbədə toplam olaraq 778 bələdiyyə sədrliyini qazandıq. Bu isə ölkəmizdə olan bələdiyyələrin 56%-nin AKP tərəfindən idarə olunacağı anlamına gəlir".

Xəbər lenti
0