Dariqa Nazarbayeva senatın spikeri təyin olunduqdan sonra

Nazarbayevin qızı prezident seçkiləri ilə bağlı qərar qəbul edib

62
(Yenilənib 19:37 09.04.2019)
Senatın spiker aparatının katibliyinin rəhbəri verilən qərarı açıqlayıb

BAKI, 9 aprel — Sputnik. Qazaxıstan Senatının sədri Dariqa Nazarbayeva növbədənkənar prezident seçkilərində namizəd olmayacaq. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

"Xeyr, Dariqa Nursultanova namizəd olmağa hazırlaşmır" - deyə Senatın spiker aparatının katibliyinin rəhbəri Saul Mustafayev bildirib.

Ölkənin birinci prezidentinin qızı Dariqa Nazarbayeva martın 20-də Qazaxıstan Senatının yeni spikeri seçilib.

Qeyd edək ki, daha əvvəl Qazaxıstan prezidenti Kasım-Comart Tokayev xalqa müraciətində bildirib ki, iyulun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Xatırladaq ki, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev martın 20-də istefa verib. Ölkənin yeni prezidenti parlamentin yuxarı palatasını sədri Kasım-Comart Tokayev olub. Ölkədə prezidentin səlahiyyət müddəti 2020-ci ildə başa çatır.

62
Teqlər:
seçki, prezident, Nursultan Nazarbayev, Qazaxıstan
Əlaqədar
Nursultan Nazarbayevin qızı Qazaxıstanda mühüm posta seçilib
Qazaxıstan paytaxtının adı rəsmən dəyişdi
Qazaxıstanda daha bir əhəmiyyətli dəyişiklik baş verdi - RƏSMİ