Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı

MHP AKP-nin təkrar seçki tələbini dəstəklədi

62
(Yenilənib 19:04 09.04.2019)
Dövlət Baxçalı: "Seçkilərin təkrar keçirilməsi demokratiyanın tələblərindən biridir"

BAKI, 9 aprel — Sputnik. Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda təkrar seçki keçirilməsi tələbini dəstəkləyib. Sputnik Azərbaycan "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu barədə MHP-nin sədri Dövlət Baxçalı açıqlama verib.

"Seçkilərin təkrar keçirilməsi demokratiyanın tələblərindən biridir. İctimai qarışıqlıq əvəzinə, seçki qutularına yenidən gedib, Türkiyənin sabitliyini təmin etmək daha məntiqlidir. Vicdanı sakit qoya biləcək yeni bir seçki düşünülə bilər" – Baxçalı bəyan edib.

AKP-nin sədr müavini Ali İhsan Yavuz 31 mart seçkilərinin nəticələri və etiraz ərizələri ilə bağlı açıqlamalar verərkən "İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsini istəyirik" deyib. Hər bir siyasi partiyanın fövqəladə etiraz haqqının olduğunu vurğulayan Yavuz qeyd edib: "Fövqəladə etiraz haqqımızdan istifadə edəcəyik. Seçkilərin nəticələrinə çox təsir edə biləcək hallar var və İstanbulda yenidən seçkilərin keçirilməsini istəyirik".

Yavuz, bir jurnalistin "Yüksək Seçki Quruluşunun (YSK) seçkinin təkrar keçirilməsi tələbəni rədd edərsə, nə edəcəksiniz" sualına cavab olaraq qurumun qərarına hörmətlə yanaşacaqlarını bildirib: "Amma şübhə ortadan qalxacaq".

İstanbulda seçkilərin nəticələrinin ləğv olunacağı təqdirdə, YSK yenidən seçkilərin hansı tarixdə keçiriləcəyini də açıqlayıb. Belə ki, qurumun 29 mart "Resmi Gazete"də yayımlanan qərarında təkrar seçkilərin 2 iyun tarixində keçiriləcəyi qeyd olunub.

Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. İqtidardakı AKP-nin də daxil olduğu Cümhur İttifaqı İstanbulda seçkini uduzmuş kimi görünür.

Türkiyə prezidenti və Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən bələdiyyə seçkilərinin nəticələrini şərh edib: "Türkiyə xalqı artıq 15-ci dəfədir bizi birinci edir. AKP və Cümhur İttifaqı ilə birlikdə seçkilərə qatıldığımız yerlərdə indiyə qədər 16 böyük şəhərdə, 24 vilayət, 538 rayon, 200 qəsəbədə toplam olaraq 778 bələdiyyə sədrliyini qazandıq. Bu isə ölkəmizdə olan bələdiyyələrin 56%-nin AKP tərəfindən idarə olunacağı anlamına gəlir".

62
Teqlər:
İstanbul, seçki, bələdiyyə, AKP, MHP, Milliyyətçi Hərəkat Partiyası
Əlaqədar
AKP və MHP-dən həmlə: Seçkilərin qaydalarını dəyişirlər
Ərdoğan seçkinin nəticələrindən danışdı
Ərdoğan təslim olmaq istəmir: İstanbulda yeni seçkilər tələbi