Nikol Paşinyan

Avropalı deputatlar Paşinyanı sorğu-suala çəkəcəklər

53
(Yenilənib 18:03 09.04.2019)
Paşinyan aprelin 11-də AŞPA-nın yaz sessiyasının plenar iclasında çıxış edəcək və deputatların suallarını cavablandıracaq

BAKI, 9 aprel — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan 10-11 apreldə Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurası Parlament Assambleyasında (AŞPA) bir sıra görüşlər keçirəcək. Sputnik Azərbaycan "news.am"-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Paşinyan aprelin 11-də AŞPA-nın yaz sessiyasının plenar iclasında çıxış edəcək və deputatların suallarını cavablandıracaq.

Ermənistanın baş naziri Avropa Şurasının baş katibi Turbyorn Yaqland, AŞPA-nın sədri Lilian Mori Paskye və Venesiya Komissiyasının rəhbəri Canni Bukikio ilə görüşəcək.

Onun Strasburqda erməni icmasının nümayəndələri ilə görüş keçirəcəyi gözlənilir.

53
Teqlər:
Nikol Paşinyan, AŞPA, baş nazir, Ermənistan
Əlaqədar
Paşinyan Qarabağda “yeni müharibə” barədə danışdı
Erməni iqtidarının aprel tezisləri: kimə inanmalı - Paşinyana, yoxsa Tonoyana
Paşinyanın xanımından sensasion açıqlama: "Əsgərlərimiz mənasız yerə Qarabağda ölüblər"