Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra KİV-in suallarını cavablandırır

Ərdoğan təslim olmaq istəmir: İstanbulda yeni seçkilər tələbi

3798
(Yenilənib 15:45 09.04.2019)
"Seçkilərin nəticələrini çox təsir edə biləcək hallar var və İstanbulda yenidən seçkilərin keçirilməsini istəyirik"

BAKI, 9 aprel — Sputnik. İstanbulda Bələdiyyə seçkilərinin yenidən keçirilməsini istəyirik. Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Ali İhsan Yavuz 31 mart seçkilərinin nəticələri və etiraz ərizələri ilə bağlı açıqlamalar verərkən bildirib.

Yavuz eyni zamanda qeyd edib ki, İstanbulda araşdırılan 13 rayonda 5 min şəxsin adı seçki siyahısından kənarda olub.

Hər bir siyasi partiyanın fövqəladə etiraz haqqının olduğunu vurğulayan Yavuz deyib: "Fövqəladə etiraz haqqımızdan istifadə edəcəyik. Seçkilərin nəticələrinə çox təsir edə biləcək hallar var və İstanbulda yenidən seçkilərin keçirilməsini istəyirik".

Jurnalistin "Yüksək Seçim Qurumu (YSK) seçkinin təkrar keçirilməsi tələbəni rədd edərsə, nə edəcəksiniz" sualına cavabında isə Yavuz bildirib ki, qurumun qərarına hörmətlə yanaşacaqlar, şübhələr də ortadan qalxmış olacaq.

Xatırladaq ki, YSK İstanbulda seçkilərin nəticələri ləğv olunacağı təqdirdə, yeni seçkilərin hansı tarixdə keçiriləcəyini açıqlayıb. Qurumun "Resmi Gazete"də yayımlanan 29 mart tarixli qərarında təkrar seçkilərin 2 iyun tarixində keçiriləcəyi açıqlanıb. 

Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. İqtidardakı AKP-nin də daxil olduğu Cumhur İttifaqı İstanbulda seçkini uduzmuş kimi görünür.

Türkiyə prezidenti və Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən bələdiyyə seçkilərinin nəticələrini şərh edib.

O qeyd edib ki, Türkiyə xalqı artıq 15-ci dəfədir AKP-ni birinci edir: "AKP və Cumhur İttifaqı ilə birlikdə seçkilərə qatıldığımız yerlərdə bu ana qədər 16 böyük şəhərdə, 24 vilayət, 538 rayon, 200 qəsəbədə toplam olaraq 778 bələdiyyə sədrliyini qazandıq. Bu isə ölkəmizdə olan bələdiyyələrin 56%-nin AKP tərəfindən idarə olunacağı anlamına gəlir".

3798