Uşaqlar kompüter arxasında, arxiv şəkli

Dəhşətli "Mavi balina" qayıtdı daha bir can aldı

179
(Yenilənib 17:45 06.04.2019)
G.A. polisə izahat verərkən bildirib ki, o və 6 rəfiqəsi "Mavi Balina" oyununun təsirinə düşüb

BAKI, 6 aprel — Sputnik.  Türkiyənin Van vilayətində "Mavi balina" oyunundan təsirlənən 14 yaşlı Sevda E. Akkörpü Məhəlləsindəki Akkörpü təpəsinə çıxaraq, oradan özünü ataraq intihar edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sevda E.-ilə birlikdə qayalıqlara çıxan 3 rəfiqəsini onlarla birlikdə gəlməkdən son anda imtina edən G. A.-nın telefon zəngi qurtarıb.

G. A. polisə izahat verərkən bildirib ki, o və 6 rəfiqəsi "Mavi Balina" oyununun təsirinə düşüb.

Sevda E. dəfn edildikdən sonra, xilas edilən qızlar vilayət Sosial Xidmətlər idarəsinə təhvil verilib. Uşaqların psixoloji müalicəsinin davam etdiyi bildirilir.

179